SATIŞ VƏ MARKETİNQ ŞÖBƏSİNİN MÜDİRİ

1000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 50 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Səfərova Səidə
Telefon (012) 510-88-48
E-mail sf.safarova@connect.az
Elanın tarixi 13-09-2021
Bitmə tarixi 13-10-2021
İş barədə məlumat

- Satış ilə bağlı bazar araşdırmalarının aparılması İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı
- Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi
- Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması
- Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi
- Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi
- Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması
- Müştərilərlə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması və randevuların təyin olunması
- Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi
- Ziyarət nəticələrinin izlənilməsi
- Sifarişlərin icra olunmasına nəzarət edilməsi
- Müştəridən sifarişlərin qəbul olunması və sifarişlər üzrə mütəxəssisə ötürülməsi
- Kampaniya təkliflərinin hazırlanması və təhlili
- PR və Reklam işlərinin icrasının həyata keçirilməsinə nəzarət
- Marketinq xərclərinin analizi və təkmilləşdirilməsi
İş şəraiti:
- İş qrafiki: Həftəiçi hər gün saat 09:00-dan 18:00-dək
- İstirahət günləri: şənbə və bazar
- İşə qəbul AR Əmək Məcəlləsi qanunvericiliyinə uyğun olaraq aparılır

Namizədə tələblər

- Təhsil: Ali (Biznez, marketinq, İdarəetmə və İqtisadiyyat sahəsində)
- Ünsiyyət qurabilmə, analiz və təhlillər apara bilmək bacarığı olmalı
- Qeyd olunan sahədə iş təcrübəsinin olması vacibdir
- MS Word, MS Excel, MS PowerPoint proqramlarnın mükəmməl bilməli
- Dil bacarıqları: Azərbaycan və Rus dili sərbəst danışıq və yazma. (İngilis dili biliyi arzu olunandır)
- Professional etik davranışları, gərgin şəraitdə işləmə bacarığı, (Vaxtın düzgün idarə edilməsi sahəsində təcrübəli mütəxəssislərə üstünlük verilir.)
- Məsuliyyətli, kollektivdə işləmək və yüksək səviyyədə ünsiyyət bacarığı
- İdarəetmə və liderlik bacarığı
- Məsuliyyətli və güclü analitik düşünmə bacarığı
- Müştəriyönümlü satış bacarığı
- Hər hansı bir malın rentabellik səviyyəsini asanlıqla təyin etmək və düzgün proqnoz vermək bacarığı