QƏBUL VƏ QEYDİYYAT ÜZRƏ NƏZARƏTÇİ

800 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 40 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Ümidə Yusifova
Telefon (012) 565-05-55
E-mail hr@azeridmanservis.com
Elanın tarixi 09-04-2024
Bitmə tarixi 09-05-2024
İş barədə məlumat

- Qonaqların qəbulu şöbəsinin effektiv və problemsiz işləməsinə nəzarət etmək
- Qonaqların yerləşdirilməsi ilə bağlı bütün fəaliyyətləri istiqamətləndirmək
- Şirkətin keyfiyyət standartlarını çox yaxşı bilməli və tətbiq etməli, həmçinin tabeliyindəki işçilərə aşılamalı
- Qonaqların qəbulu şöbəsinin işçiləri ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək, əsas diqqəti otelin ümumi uğuruna və qonaqların məmnunluğuna yönəltmək
- İllik hədəfləri təyin etmək və bu hədəflərə çatmaq
- Qonaq şikayətləri ilə maraqlanmaq və problemlərin aradan qaldırılmasına nail olmaq
- Qeydiyyat şöbəsinin işçiləri ilə illik icra göstəricilərinin inkişaf etdirilməsinə dair müzakirələr aparmaq, onlara öz peşəkar karyera hədəflərinə nail olmaqda kömək etmək
- Şöbə daxilində bütün işçilərə nəzarət etmək, şöbənin əməliyyatlar üzrə təlimatında müəyyən edildiyi kimi düzgün xidmət standartları və metodlarının həyata keçirilməsini təmin etmək
- Qonaq məlumatı kartlarının səliqəli və düzgün olub-olmamasını yoxlamaq
- Otaq satışlarının vəziyyətinə və qonaq məlumatlarının toplanılmasına nəzarət etmək
- Qrup rezervasiyalarına nəzarət etmək və onlara verilən otaqların planlamasını etmək
- Bütün yazışmaların, rezervasiya ilə bağlı yazışmaların (qonaqlara yazılan məktublar və s.) vaxtında olub-olmamasını yoxlamaq
- İş vaxtı: 1-5 günlər, saat 09:00-dan - 18:00-dək

Namizədə tələblər

- İngilis və rus dillərində yaxşı səviyyədə danışıq
- Elektra V5 program biliklərinə üstünlük verilir
- Bütün aspektlər üzrə mükəmməl ünsiyyət bacarıqları
- Peşəkar və uyğun işgüzar görünüş və təqdimat
- Biznes və ya istirahət mehmanxana müvafiq sahə üzrə rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi
- Yüksək səviyyədə təşkilatçılıq və inzibati bacarıqlar
- Peşəkar qonaq xidməti və problemlərin həlli bacarıqları

CV-nizi sayt yazmaq olmaz! e-mail ünvanına göndərməyinizi xahiş edirik

Başlıqda "Qəbul və qeydiyyat üzrə nəzarətçi’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.