PROQRAM TƏMİNATLARINA XİDMƏT ÜZRƏ MÜTƏXƏSSİS

300 - 400 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 22 - 25 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən aşağı
Əlaqədar şəxs Natiq m.
Telefon (012) 310-35-20
E-mail info@tcc.az
Elanın tarixi 23-07-2020
Bitmə tarixi 23-08-2020
İş barədə məlumat

- Müştərilərdə tətbiq olunmuş müxtəlif proqram təminatları ilə bağlı gələn sorğuları cavablandırmaq
- Yaranmış texniki problemləri analiz etmək və həll etmək
- Komanda ilə işləmə bacarığına malik, yüksək ünsiyyət qabiliyyəti olan, motivasiyası yüksək
- İş qrafiki: I-V günlər, 09:00-dan 18:00-dək, VI gün 10:00-dan 16:00-dək
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
- Şirkət tərəfindən müxtəlif texnologiyalar(ASP.NET CORE, Blazor vəs) üzrə təlimlər təşkil olunacaq. Bu səbəbdən, gələcəkdə Proqramçı Mühəndis kimi yetişmək arzusunda olanlara üstünlük verilir.

Namizədə tələblər

- Müvafiq sahədə ali təhsil (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.)
- Yaş həddi: 22 - 25
- Azərbaycan dilində səlis danışıq
- İngilis və Rus dili bilikləri (orta səviyyədə)
- Yüksək səviyyəli məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər
- Relyasiyalı verilənlər bazaları üzrə minimal biliklər (Table, View, Join, Constraint, SQL sorğular, DML, DDL)
- Obyekt yönümlü proqramlaşdırmanın əsasları üzrə nəzəri biliklər
- C#, PL/SQL dilləri üzrə nəzəri biliklər
- Məsuliyətlilik, diqqətlilik, lazım gəldikdə gərgin iş rejimində işləməyə hazır olmaq

CV-nizi və portfolionuzu sayt yazmaq olmaz! e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda ‘’Proqram təminatlarına xidmət üzrə mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.