İş barədə məlumat- Beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, təhsil müəssisəsinin beynəlxalq səviyyədə brendinin formalaşdırılması və inkişafı yolunda mütəmadi olara səmərəli işlərin görülməsi
- Xarici tərəfdaş universitetlərlə tələbə və müəllim mübadiləsinin təşkilinin təmin edilməsi
- İkitərəfli universitet mobillik müqavilələri, Erasmus Mundus, TEMPUS, Erasmus + kimi müxtəlif mobillik proqramları vasitəsi ilə tələbə, işçi heyəti və tədqiqatçı mobilliyinin inkişaf etdirilməsi və idarə edilməsi
- Beynəlxalq tərəfdaş sayılan universitetlər ilə müqavilələrin hazırlanması, bağlanılması və dəyərləndirilməsi
- Akademiyanın beynəlxalq sərgilərdə, konfranslarda, yerli və xarici universitetlərin tədbirlərində təmsil olunması
- Akademiya daxilində Beynəlxalq konfranslar, seminarlar və digər tədbirlərin təşkili
- Təhsil siyasətinin inkişafı naminə layihələrin həyata keçirilməsi
- Xarici ölkələrdə filial və nümayəndəliklərin yaradılmasında yaxından iştirak edilməsi
- Beynəlmiləlləşmə strategiyasının həyata keçirilməsi və fəaliyyət planının yaradılması
- Əməkdaşların beynəlxalq ezamiyyələrinin rəsmiləşdirilməsinin təmin edilməsi
- PR və marketinq işlərinin aparılmasının təmin edilməsi
- Beynəlxalq əməkdaşlıq üzrə tələbələr üçün yaradılmış imkanların genişləndirilməsi və idarə edilməsi; Xarici vətəndaşlarla işlərin aparılması; Əcnəbi vətəndaşların Akademiyada təhsil almalarının təşkili
- Xarici ölkə universitetləri ilə əməkdaşlıq əlaqələrinin qurulması
- Xarici vətəndaşlarla iş, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması
- Gündəlik sənədləşmə işinin aparılması; mütəmadi olaraq müxtəlif sorğuların cavablandırılması
- Rəhbərliyin adına daxil olmuş təbrik məktublarını cavablandırmaq və onların adından təbrik məktublarının və açıqcaların mətnlərinin hazırlanması
- Həftə içi 5 gün : 09:00-dan 17:00-dək , (nahar vaxtı saat 13:00-dan 14:00-dək)
- Əmək haqqı - Müsahibə əsasında
- Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98
Son müraciət tarixi: 15.11.21
Namizədə tələblər
- Beynəlxalq əlaqələr üzrə üzrə ali magistr təhsili;
- Siyasi elmlər, beynəlxalq münasibətlər, beynəlxalq təcrübə, innovativ layihələr, habelə beynəlxalq tendensiyalar sahəsi üzrə biliklər
- Azərbaycan, ingilis və rus dillərin səlis bilmək və işgüzar yazışmalar aparmaq qabiliyyəti
- Beynəlxalq əlaqələr sahəsində praktik iş təcrübəsi ən azı 5 il
- MS Office (Word, Excel, PowerPoint) və Adobe Acrobat bilikləri daxil olmaqla kompüter bacarıqları
- Diplomatiya, nəzakət və məxfilik daxil olmaqla mükəmməl şəxsiyyətlərarası, yazılı və şifahi ünsiyyət bacarıqları
- Dəqiqlik, məsuliyyət, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək, güclü kommunikasiya qabiliyyəti və komandada işləmək bacarığı
- Görkəmli sosial və işgüzar şəxsiyyətlər, beynəlxalq qonaqlar , yüksək vəzifəli şəxslər və seçilmiş məmurlarla səmərəli və peşəkar şəkildə ünsiyyət qurma bacarığı