MALİYYƏ DİREKTORU

2000 - 2500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 30 - 40 yaş
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Arzu xanım
Telefon (012) 310-35-03
E-mail office@csgroup.az
Elanın tarixi 30-03-2023
Bitmə tarixi 30-04-2023
İş barədə məlumat

- Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi və maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsinin təşkili
- Lazımı hesablamalarla birgə cari və perspektiv maliyyə planların tərtibatı
- Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatların hazırlanıb rəhbərliyə təqdim olunması
- Xərclərin optimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi istiqamətində tədbirlər hazırlamaq və icrasına nəzarət etmək
- Maliyyə nizamına ciddi əməl edilməsi, xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsi, gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi
- Şirkətlərlə bağlanan müqavilələrin, invoysların və digər maliyyə sənədlərinin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və prosesə nəzarət edilməsi
- Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyin məlumatlandırılması
- Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanmasına, cari sənədlərin unifikasiyasına, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik
- Eyni zamanda vergi, DSMF, statistika, məşğulluq hesabatlarının dəqiq və vaxtlı vaxtında təqdim edilməsini təmin etmək
- Xərclərin azaldılmasına (optimallaşdırılmasına) və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirləri hazırlamaq və icrasına nəzarət etmək
- Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsini təşkil etmək və mühasibatlıq uçotuna dair digər praktik biliklər
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
- İş saatları həftə içi 09:00-dan - 18:00-dək
- Nahar vaxtı 13:00-dan - 14:00-dək
- Əmək haqqı- 2000-5000 AZN

Namizədə tələblər

- Maliyyə sahəsi üzrə ali təhsil
- Maliyyə-mühasibat işi üzrə 5 ildən az olmayaraq iş stajı
- Vergi qanunvericiliyi üzrə bilik və təcrübəyə malik olmaq
- MS Office sərbəst işləmək bacarığı
- Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti
- Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirmək
- Azərbaycan dilini səlis bilməli, rus dili arzuolunandır
- Xanım namizədlərə üstünlük veriləcəkdir
-Yaş həddi 30 - 40
- Şirkət daxili nizam-intizam qaydalarına riayət etməlidir

Maraqlanan namizədlərdən cv-lərini “maliyyə direktoru” başlığı altında sayt yazmaq olmaz! elektron ünvanına göndərməsi xahiş olunur

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.