PROQRAM TƏMİNATININ TƏTBİQİ ÜZRƏ MÜHASİB

2000 - 2500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 55 yaş
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Prosys MMC
Telefon (012) 594-12-32
E-mail hr@prosys.az
Elanın tarixi 17-04-2024
Bitmə tarixi 17-05-2024
İş barədə məlumat

- Prosys MMC-nin ERP proqram təminatının inkişaf etdirilməsi istiqamətində aşağıdakı öhdəliklərin yerinə yetirilməsi:
- Sifarişçinin nümayəndələri ilə analitik müsahibələrin aparılması, sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili
- Biznes tələblərin qeydə alınıb analiz olunaraq proqramçılara ötürülməsi
- Mövcud olan informasiya sistemlərinin/proqram təminatının ekspertizasının aparılması
- Texniki tapşırıq, texniki təklif və digər analiz sənədlərinin hazırlanması (Funksional spesifikasiyanın yazılması və yaradılması)
- Proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri
- Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi
- Texniki tapşırıqların proqramçılar ilə müzakirə edilməsi
- Tələblərin izlənilməsi
- Biznes tələblərinə görə hesabatların hazırlanması
- Yeni funksionallığın test olunması
- Proqram təminatlarında lazımi konfiqurasiyaların aparılması
- Sifarişçilərə məhsulların təqdimatının keçirilməsi

İş şəraiti:
- İş vaxtı: həftənin 5 iş günü, saat 09:00-dan - 18:00-dək
- İstirahət günləri: şənbə, bazar günləri
- Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq

Namizədə tələblər

- Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti
- Qanunvericiliyə uyğun mühasibat uçotunu əla bilmək
- Qanunvericiliyə uyğun vergi uçotunu əla bilmək
- Qanunvericiliyə uyğun idarəetmə uçotunu əla bilmək
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
- Mühasibatlıq sahəsində 10 illik təcrübə
- Baş mühasib sahəsində 5 illik təcrübə
- ERP proqram təminatının istifadəsində 10 illik təcrübə
- ERP layihələrinin tətbiqində iştirak etmiş olmaq
- ERP proqram təminatının tətbiqi üzrə Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi
- Komandada işləmək, individual qərarlar alabilmək və stres altında işləyə bilmək
- Biznes və texnologiyanın tələblərini anlamaq
- Proqram təminatının inkişaf etdirilməsi prosesi haqqında biliklər
- Agile və SCRUM haqqında biliklər
- Rus/ingilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər
- SQL, PL/SQL üzrə biliklər
- Balsamiq Wireframes, Jira, MS - office Visio proqram təminatlarını yaxşı bilmək
- Problemlərin həll edilə bilməsi və analitik təfəkkür

Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Tətbiqçi mühasib” yazaraq CV formasını sayt yazmaq olmaz! elektron ünvanına göndərməklə müraciət edə bilərlər

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.