KORPORATİV HÜQUQŞUNAS

500 - 900 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 23 - 35 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Şahnaz Məmmədova
Telefon (010) 252-96-10
E-mail HR@azestetik.az
Elanın tarixi 26-04-2024
Bitmə tarixi 26-05-2024
İş barədə məlumat

Vəzifə öhdəlikləri:
- Təqdim olunan müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək, digər hüquqi sənəd layihələrinə dair rəy vermək
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması
- İddia ərizələrinin, apellyasiya, kassasiya şikayətlərinin və şirkətin məhkəmə mübahisələri ilə bağlı müvafiq sənədlərin hazırlanması
- Şirkətin adından nümayəndə kimi məhkəmə iclaslarında çıxış etmək
- Müqavilələrin sistemləşdirilməsi işinin təşkilinə yardım və bununla bağlı birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi
- Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək

Namizədə tələblər

- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək)
- AR mülki, mülki prosessual və inzibati prosessual qanunvericiliyini yüksək səviyyədə bilmək
- Yüksək qavrama və öyrənmə qabiliyyəti
- Məsuliyyət, işdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
- Məntiqi və hüquqi analiz qabiliyyətinin yüksək olması
- Yüksək yazı və nitq (natiqlik) qabiliyyəti

Qeyd: Yeni məzunlara üstünlük verilir

Müvafiq tələblərə cavab verən namizədlərdən “subject” (mövzu) hissəsində müraciət edilən vakansiyanın adını qeyd etməklə CV-lərini sayt yazmaq olmaz! elektron ünvanına göndərmələri xahiş olunur

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.