BAŞ MÜHASİB

2500 - 3500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 27 - 40 yaş
Təhsil Orta
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Leyla
Telefon (012) 567-45-13
E-mail vacancy@mazarina.az
Elanın tarixi 04-05-2023
Bitmə tarixi 04-06-2023
İş barədə məlumat

İş şəraiti:
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı razılaşdırılacaqdır
- İş vaxtı: 09:00-dan - 18:00-dək
- İstirahət günləri: Şənbə və Bazar

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected]
e-mail ünvanına mövzu hissəsinə “Baş Mühasib”qeyd edərək göndərə bilərlər

Namizədə tələblər

- Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və Audit)
- FMCG və yaxud Retail sektorunda 3 ildən artıq baş mühasib təcrübəsi
- Logo Tiger proqramı üzrə biliklər
- İFRS standartları ilə tanış olması vacibdir
- Peşəkar Mühasib Sertifikatının olması üstünlükdür
Vəzifə öhdəliklər:
- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək
- Balans, avans hesabatının aparılmasını təmin etmək
- Hesab və elektron qaimə-fakturaların yazılması
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
- Gündəlik hesabları üzrə qalıqlar hesabatı
- Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması
- Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi
- Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi
- Şöbəsinə aid iş bölgüsünun aparılması,tapşırıqların verilməsi və icrasına nəzarət
- Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir
Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.