MÜHASİB

600 - 800 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 22 - 35 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Kamran Mirza
Telefon (050) 862-63-63
E-mail info@bluemoon.az
Elanın tarixi 05-04-2024
Bitmə tarixi 05-05-2024
İş barədə məlumat

Vəzifə öhdəlikləri:
- Mühasibat və vergi uçotu üzrə ilkin sənədləşmələrin (kassa mədaxil və məxaric orderlərinin, təhvil-təslim aktlarının, alğı-satqı və borc müqavilələrinin, razılaşma protokollarının, ödəniş tapşırıqlarının, üzləşmə aktlarının yazılması) təşkili
- Gündəlik e-qaimələrin (satış, qaytarma) yazılması və gələn e-qaimələrin yoxlanıb təsdiq edilməsi
- Online kargüzarlıq vasitəsi ilə vergi orqanı və digər vergi ödəyiciləri ilə yazışmaların aparılması
- Bank (malsatanlara, büdcə təşkilatlarına, işçilərə əməkhaqqı ödənişləri), ƏDV DH ödəniş, kassa (gündəlik kassa satışları üzrə mədaxil və məxaric orderlərinin tərtibatı) əməliyyatları
- Alış və satış (nomenklatura üzrə), bank, kassa, əməkhaqqı hesablanması əməliyyatlarının 1C Mühasibat proqramına daxil etmək
- İş qrafiki: 10:00-dan - 19:00-dək
- Debitor və kreditor borclarının, alınmış və verilmiş avansların gündəlik uçotu
- Müştərilərin və əlaqəli şəxslərin E-mail və telefonlarının cavablandırılması
- Rəhbərliyə tələb edilən məlumatların verilməsi

Namizədə tələblər

- Xanım namizəd
- Ali təhsil: (mühasibatlıq, maliyyə, iqtisadiyyat üzrə)
- Yaş: 22-35 yaş
- Dil bilikləri: azərbaycan dili – mükəmməl (rus və ingilis dili – orta səviyyədə bilmək üstünlükdür)
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Sosial Sığorta haqqında qanun, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və s. digər qanunvericilik aktlarının əlaqəli maddələri haqqında məlumatlı olmaq
- Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes, e-customs və s.)
- Mühasibatlıq sahəsində azı 1 illik iş təcrübəsi
- Mühasibat 1C/8.3 proqramını yüksək səviyyədə bilmək
- MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilmək bacarığı
- Çalışqan, ünsiyyətcil, problemləri həll etmə bacarıqlarına malik olmaq
- Komanda və müştərilər ilə işləmək bacarığı
- Dəqiqlik, məsuliyyətlilik, düzgünlük, etibarlılıq, yüksək riyazi və analitik düşüncə qabiliyyəti kimi göstəricilərə sahib olmaq

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.