BAŞ HÜQUQŞÜNAS

2000 - 2500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 29 - 41 yaş
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Günel
Telefon (055) 222-15-09
E-mail hr.specialist@alc.az
Elanın tarixi 04-03-2024
Bitmə tarixi 04-04-2024
İş barədə məlumat

“Alliance Hüquq Mərkəzi” Mülki, Əmək, inzibati, korporativ və kommersiya hüququ sahəsində ixtisaslaşmış şəxslər üçün “Baş hüquqşünas” vakansiyası elan edir

Baş hüquqşünasın əsas vəzifə və öhdəliklər:
- Şirkət rəhbərliyinə imza üçün təqdim edilən əmr, təlimat və hüquqi xarakterli digər sənədlərin layihələrinin hazırlanması və qanunvericiliyə uyğunluğunun yoxlanılması
- Mülki xarakterli müqavilələrin layihələrinin hazırlanması
- Hüquq Mərkəzi və onun biznes tərəfdaşlarına kontragentlər tərəfindən təqdim olunan müqavilə layihələrin qanunvericiliyə uyğunluğunun yoxlanılması və yeni müqavilələrin peşəkar səviyyədə hazırlanması
- AR əmək qanunvericiliyinə əməl olunmaqla, işçilərlə bağlanmış əmək müqavilələrinə xitam verilməsi ilə bağlı insan resursları şöbəsi ilə işlərin koordinasiyalı təşkili
- Hüquq Mərkəzi və onun biznes tərəfdaşlarının struktur bölmələrinin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərə dair qanunvericiliyə uyğun olaraq hüquqi rəylər və/və ya məsləhətlər vermək
- Partniyor müəssisələrdə satınalma işinin təşkilinə hüquqi dəstək vermək, bununla əlaqədar sənədlərin və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək və yazılı rəy vermək
- Ərizə, əmr, təlimat, qaydalar, nizamnamə və əsasnamələr, standartlar və digər normativ xarakterli sənədlərin layihələrinin ekspertizasının həyata keçirmək və bu layihələrin hazırlanmasında iştirak etmək; mövcud sənədlərin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflərin rəhbərliyə təqdim olunması
- Məhkəmədə və digər dövlət orqanlarda, idarə, müəssisə və təşkilatlarda Cəmiyyətin və onun partniyorları adından çıxış etmək və daxil olan sorğuların cavablandırılması
- Qəbul edilən qərarların icrasına nəzarət etmək
- Hüquq Mərkəzi və onun biznes tərəfdaşlarının təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşmə işərinin həyata keçirilməsi
- Hüquq Mərkəzi və onun biznes tərəfdaşlarının əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı müvafiq hüquqi dəstək göstərmək
- İnzibati xəta və ya cinayət işləri üzrə hüquq mərkəzi və onun biznes tərəfdaşlarını təmsil etmək
- Müəssisə rəhbərin hüquq xarakterli digər tapşırıqlarını vaxtı-vaxtında yerinə yetirmək

- İş qrafiki 5 günlük 09:00-dan - 18:00-dək
- Əmək haqqı 2000-2500 AZN (işində fərqlənən əməkdaşa aylıq xüsusi bonsular verilir)
- İş yeri: Nərimanov rayonu Həsənoğlu küçəsi-4

Namizədə tələblər

- Bu vakansiya yalnız yuxarıda qeyd edilən tələblərə cavab verə biləcək, analitik təhlil aparmaq bacarıqlarına malik, özünə güvənən, məntiqli, mübariz, cəsarətli və baş hüquqşünasın əsas vəzifə və öhdəlikləri ilə bağlı tələblərə tam cavab verə bilən şəxslər üçündür
- Bu vakansiyaya uyğun olmayan şəxslərin CV göndərməyi məsuliyyətsilik göstəricisi olaraq dəyərləndirilir və müraciətlərə baxılmır
- Analitik təhlil aparmaq bacarıqlarına malik olan Ali hüquq təhsili hüquşunas
- Liderlik keyfiyyətlərinə malik olmalı (gələcəkdə daha yüksək vəzifəyə təyinat alma perespektivlərini nəzərə alaraq)
- Mülki, Əmək, inzibati, vergi, gömrük, korporativ və kommersiya hüququ sahəsində təkmil nəzəri və praktiki biliklərə malik olmalı (ən az 4 (dört) il iş təcrübəsi)
- Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsinə malik olmalı
- Şirkətdaxili normativ sənədlərin tərtib edilməsi təcrübəsinə malik olmalı
- Korporativ idarəetmə sənədləri ilə iş təcrübəsi olmalı
- Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli
- Nitq mədəniyyəti və peşəkar səviyyədə yazışma qabiliyyəti olmalı
- Azərbaycan dilini sərbəst, ingilis və rus dilini bilən şəxslərə isə üstünlük veriləcəkdir
- Microsoft Office proqramlarını yüksək səviyyəsində bilməli
- Ünsiyyət qurmaq, komanda ilə birgə iş, təşəbbüsçü, işgüzar və məsuliyyətli olmalı

Yuxarıda qeyd olunan Tələblərə uyğun gələn namizədlər öz CV-lərini mövzu hissəsində “Baş Hüquqşünas” qeyd etməklə sayt yazmaq olmaz! ünvanına göndərə bilərlər

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.