TƏLİMÇİ – EKSPERT

1900 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 65 yaş
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Hüquq və İnsan haqları İnstitutu
Telefon (012) 537-20-73
E-mail info@lhri.az
Elanın tarixi 14-03-2024
Bitmə tarixi 14-04-2024
İş barədə məlumat

- İş qrafiki - 5 günlük tam qrafik
- İşə qəbul edən qurum: “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs
- Struktur bölmə: İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsi

Vəzifə öhdəlikləri:
- Hüquq, o cümlədən insan hüquqları sahəsində təlim modulları hazırlamaq
- Dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi üçün müvafiq sahələrdə təlimlər keçmək
- Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün müvafiq sahədə təlimlər keçmək
- Müasir rəqəmsal texnoloji həll imkanlarından istifadə etməklə müvafiq sahədə distant təlimlər keçmək
- Dinləyicilərin biliklərinin qiymətləndirilməsi metodikasını hazırlamaq və onun təkmilləşdirilməsi istiqamətində metodiki və təşkilati işlər görmək
- Təlim tələbatının öyrənilməsi istiqamətində təkliflər hazırlanmasında iştirak etmək
- Dinləyicilərin təlim materialları (dərs vəsaitləri, kurs materialları, metodiki göstərişlər, mühazirələr, praktikumlar) ilə təmin edilməsində iştirak etmək
- Hüquqi maarifləndirmə işinin aparılmasında, o cümlədən hüquqi islahatların məzmunu və mahiyyəti barədə ictimaiyyətin məlumatlandırılmasında iştirak etmək, bu məqsədlə materiallar hazırlamaq
- Qanun layihələrinin insan haqları prizmasından ekspertizalarının keçirilməsində və rəylərin hazırlanmasında iştirak etmək
- Beynəlxalq insan hüquqları təsisatlarının və beynəlxalq qeyri-hökumət təşkilatlarının müvafiq hüquq və qanunvericilik sahələri üzrə, xüsusən də Azərbaycanla bağlı qərar və hesabatlarını mütəmadi izləmək və müvafiq arayışlar hazırlamaq
- Müvafiq hüquq sahələri üzrə hazırlanan hüquqi akt layihələrinin və qüvvədə olan hüquqi aktların tənzimləyici təsirinin qiymətləndirilməsinə dəstək vermək;
- Şöbəyə daxil olan müraciətlərə baxmaq və müəyyən edilmiş qaydada cavablandırmaq

Namizədə tələblər

- Hüquqşünaslıq ixtisası üzrə ali təhsil, ixtisas üzrə 5 ildən az olmayan əmək stajı və 2 ildən az olmayaraq müvafiq sahədə təlim keçmə

Dil bilikləri:
- Azərbaycan dili (ingilis dili B2 səviyyəsində tələb olunur, rus dilini bilmək arzuolunandır)

Kompüter biliklərinə dair tələblər:
- MS Office Proqramlarından istifadə - orta səviyyə
- Təqdimat hazırlama bacarığı (MS PowerPoint) - orta səviyyə
- İnternetdən istifadə - orta səviyyə

Şəxsi xüsusiyyətlər:
- Hüquq sahəsində təlim keçmə bacarığı
- Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət keyfiyyətlərə sahib olmaq
- Yaxşı ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı

Digər məlumatlar:
- Əvvəlki təcrübə haqqında ətraflı məlumat və fotoşəkil əlavə edilmiş CV mövzu sətrində vakansiyanın adı qeyd olunmalı və 19 mart 2024-cü il (saat 15:00-dək) tarixinədək sayt yazmaq olmaz! email-nə göndərilməlidir

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.