×+ Vakansiya yerləşdir+ CV yerləşdirBaş səhifəHaqqımızdaİstifadəçi qaydalarıSaytda reklamBizimlə çalışmaq istəyən şirkətlər üçünŞirkət hesabı nə üçün yaradılmalıdır ?VİP vakansiya nədir?Vakansiyanı irəli çəkmək nədir?Bizimlə əlaqə / Texniki dəstək

Yeni iPhone modelinin həqiqi çertyoj fotoları ortaya çıxıb

Yeni iPhone modelinin həqiqi çertyoj fotoları ortaya çıxıb xeberler Aprel 02, 2019

Yeni iPhone modelinin həqiqi çertyoj fotoları ortaya çıxıb xeberler 214

Yeni iPhone modelinin həqiqi çertyoj fotoları ortaya çıxıb xeberlerBiznes xəbərlər

Yeni iPhone modelinin həqiqi çertyoj fotoları ortaya çıxıb xeberler

Yeni iPhone seriyasının təqdimatına hələ yarım il vaxt var. Lakin artıq indidən yeni iPhone modelləri barəsində məlumatlar yavaş-yavaş internetdə ortaya çıxmağa başlayıb. iPhone XI modelinin ilk render fotolarından sonra internetdə yeni iPhone modelinin həqiqi çertyoj fotoları ortaya çıxıb.

Bu barədə Phonearena saytı xəbər verib. Ehtimal ki, smartfon gövdəsinin təqdim olunmuş sxematik fotoları zavoddakı istehsalat xəttinin əməkdaşları üçün nəzərdə tutulub. Belə ki, fotolardan da görmək olar ki, onlar iş çertyojları üçün nəzərdə tutulmuş xüsusi qeydə sahibdirlər.

Fotolardakı cihazın dizayn konturları artıq satışda olan iPhone XS modelinin dizayn konturlarını xatırladır. Lakin təqdim olunmuş fotolarda əks olunmuş cihazın kamera hissəsi hal hazırda satışda olan son iPhone modellərinin kamera hissələrindən fərqlənir. Sxem fotolardan belə qənaətə gəlmək olar ki, təqdim olunacaq yeni iPhone modellərindən biri üç arxa kameraya sahib olacaq və kamera modulları asimmetrik şəkildə yerləşəcəklər.

 

Qeyd etmək lazımdır ki, OnLeaks ləqəbi ilə tanınan məşhur insayder də bildirmişdi ki, bu il təqdim olunacaq iPhone modeli üç arxa kameraya sahib olacaq. Sxem fotolarda hansı iPhone modelinin əks olunması barəsində mütəxəssislər fərqli fikirlərə sahibdirlər. Bu, iPhone XR-in davamçısı və ya iPhone XI flaqman modeli ola bilər. Qeyd etmək lazımdır ki, bu il təqdim olunacaq yeni iPhone modellərinin texniki özəllikləri barəsində məlumatlar hələki yoxdur.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 02-04-2019
Cv yerləşdir
Vakansiya yerləşdir