×+ Vakansiya yerləşdir+ CV yerləşdirBaş səhifəHaqqımızdaİstifadəçi qaydalarıSaytda reklamBizimlə çalışmaq istəyən şirkətlər üçünŞirkət hesabı nə üçün yaradılmalıdır ?VİP vakansiya nədir?Vakansiyanı irəli çəkmək nədir?Bizimlə əlaqə / Texniki dəstək

Yeni Corsa modelinin sələfindən 108 kiloqram yüngül olacağını iddia edilir

Yeni Corsa modelinin sələfindən 108 kiloqram yüngül olacağını iddia edilir xeberler Aprel 16, 2019

Yeni Corsa modelinin sələfindən 108 kiloqram yüngül olacağını iddia edilir xeberler 155

Yeni Corsa modelinin sələfindən 108 kiloqram yüngül olacağını iddia edilir xeberlerBiznes xəbərlər

Yeni Corsa modelinin sələfindən 108 kiloqram yüngül olacağını iddia edilir xeberler

Opel şirkəti Corsa hetçbekinin yeni nəsli barədə ilk məlumatı açıqlayıb. Alman markasının nümayəndələri yeni Corsa modelinin sələfindən 108 kiloqram yüngül olacağını iddia edirlər. Ehtimallara görə, altıncı nəsil Opel Corsa hetçbeki bu il təqdim olunmalıdır.

Yeni Opel Corsa əvvəlki qabarit uzunluğunu qoruyub-saxlayacaqdır. 4,06 metrlik beşqapılı hetçbekin ən yüngül modifikasiyasının 980 kiloqram çəkiyə malik olduğu bildirilir. Bu nəticəni əldə etməyə əvvəlkindən 40 kiloqram yüngül olan yeni kuzov yardım edib. Bundan başqa, alüminimdan hazırlanmış kapot 2,4, ön oturacaqlar – 5,5, arxa oturacaqlar – 4,5, tamamilə alüminiumdan hazırlanmış mühərrik isə 15 kiloqram atmağa imkan verib. Bundan başqa, yeni izolyasiya materialları da çəkiyə qənaət etməkdə yardımçı olublar.

Əvvəl də bildirildiyi kimi, yeni Corsa PSA Peugeot Citroen tərəfindən yaradılmış Common Modular Platform (CMP) modul platformasına keçəcəkdir. Hetçbek bu alyansın arsenalında olan benzin və dizel mühərrikləri ilə təklif ediləcəkdir. Sonrada Corsa modelinin tam elektrik versiyasının da debüt edəcəyi gözlənilir.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 16-04-2019
Cv yerləşdir
Vakansiya yerləşdir