×+ Vakansiya yerləşdir+ CV yerləşdirBaş səhifəHaqqımızdaİstifadəçi qaydalarıSaytda reklamBizimlə çalışmaq istəyən şirkətlər üçünŞirkət hesabı nə üçün yaradılmalıdır ?VİP vakansiya nədir?Vakansiyanı irəli çəkmək nədir?Bizimlə əlaqə / Texniki dəstək

WSJ: Uber və Lyft sürücülər üçün səhmdar olmaq imkanını yaradacaq

WSJ: Uber və Lyft sürücülər üçün səhmdar olmaq imkanını yaradacaq xeberler Mart 01, 2019

WSJ: Uber və Lyft sürücülər üçün səhmdar olmaq imkanını yaradacaq xeberler 431

WSJ: Uber və Lyft sürücülər üçün səhmdar olmaq imkanını yaradacaq xeberlerBiznes xəbərlər

WSJ: Uber və Lyft sürücülər üçün səhmdar olmaq imkanını yaradacaq xeberler

Uber Technologies və Lyft, bəzi sürücülərə pul mükafatını təqdim etməyi planlaşdırırlar. Əməkdaşlar aldıqları pul mükafatlarını IPO-ya qədər şirkətlərin səhmlərinə dəyişə bilərlər. Bu barədə şirkətlərin planları ilə tanış olan həmsöhbətlərə istinad edərək The Wall Street Journal yazır.

Bir qayda olaraq, IPO -ya qədər səhmlər şirkətin əməkdaşlarına və ya iri fondlara satılır, adi sərmayəçilər bu fürsəti nadir hallarda əldə edə bilirlər. Bu, sürücülər üçün unikal bir imkandır, nəşriyyat yazır.

WSJ-nin məlumatına görə, Uber bu proqrama “yüz milyonlarla dollar” xərcləməyi planlayır. Pul mükafatları dünya miqyasında bütün sürücülər ala bilər. Əmək haqqının məbləği əməkdaşlığın iş müddəti və yerinə yetirilən sifarişlərin sayından asılı olacaq. Uber-də dünya üzrə i 3 milyon sürücü və kuryer çalışır.

Uber bu proqram üzərində 2016-cı ildən işləyir, lakin sürücülərin əməkdaş yox, müstəqil podratçı olması vəziyyəti çətinləşdirir, nəşriyyatın həmsöhbətləri qeyd edirlər.

WSJ-nin məlumatına görə, Lyft şirkəti 10,000 səfər etmiş sürücülərə 1000 dollar, 20 000 səfə etmiş sürücülərə isə 10 000 dollar məbləğində mükafat verməyi planlaşdırır. Sürücülər bu vəsaiti özlərində saxlaya və ya şirkətlərin səhmlərini satın ala bilərlər.

Nəşriyyat qaynaqları, Lyft-in 1 Mart tarixində IPO sənədlərini dərc etdikdən sonra mükafatlandırma proqramı haqqında açıqlama verəcəyini gözləyirlər. Uber bunu daha gec edəcək. Şirkət nümayəndələri şərh verməkdən imtina ediblər. Xatırladaq ki, Uber və Lyft 2018-ci ilin dekabrında IPO üçün müraciət etmişdilər.

 

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 01-03-2019
Cv yerləşdir
Vakansiya yerləşdir