×+ Vakansiya yerləşdirBaş səhifəHaqqımızdaİstifadəçi qaydalarıSaytda reklamBizimlə çalışmaq istəyən şirkətlər üçünŞirkət hesabı nə üçün yaradılmalıdır ?VİP vakansiya nədir?Vakansiyanı irəli çəkmək nədir?Bizimlə əlaqə / Texniki dəstək

Volkswagen Çinin JAC Motors şirkətində böyük paya sahib ola bilər

Volkswagen Çinin JAC Motors şirkətində böyük paya sahib ola bilər xeberler Aprel 12, 2019

Volkswagen Çinin JAC Motors şirkətində böyük paya sahib ola bilər xeberler 119

Volkswagen Çinin JAC Motors şirkətində böyük paya sahib ola bilər xeberlerBiznes xəbərlər

Volkswagen Çinin JAC Motors şirkətində böyük paya sahib ola bilər xeberler

“Volkswagen AG”  əməkdaşı olan “JAC Motors” şirkətində böyük paya sahib ola bilər. Bu barədə Reuters xəbər verir.

Agentliyin sözçüsünün sözlərinə görə, alman avtomobillərinin istehsalçısı bu müqavilə üzrə məsləhətçisi kimi “Goldman Sachs” şirkətini cəlb edib.

“JAC”  “VW”-nin strategiyasındakı əsas oyunçuya çevriləcək. Bu strategiya elektrik avtomobillərə və onlara Çindəki tələbata əsaslanır. Bir qayda olaraq, “VW”, Çindəki istehsalın çox hissəsini “JAC” meydançalarına keçirməyi planlaşdırır.

Əvvəllər əcnəbilər Çin avtomobil istehsalçısının fəaliyyətinə nəzarət etmək imkanına malik deyildilər. Lakin ötən il Pekin elektrik və hibrid avtomobil istehsalçıları üçün bu kimi məhdudiyyətləri aradan qaldırmışdır. 2020-ci ildə kommersiya avtomobillərinin istehsalçıları, 2022-ci ildə isə avtomobil bazarının digər iştirakçıları üçün belə maneələrin aradan qaldırılması nəzərdə tutulur.

Hal-hazırda, “Volkswagen” şirkətin dəyəri 1,9 milyard dollar təşkil edən “JAC” səhmlərinə sahib deyil.

Alman avtonəhəngin planları, inkişafın hələ ki başlanğıc mərhələsindədir. Şirkət “JAC Motors” şirkətinin böyük səhm paketini əldə etməyə çalışır.

“CAAM”-ın verdiyi məlumata görə, ölkədə sərnişin avtomobillərinin satışları 17% aşağı düşüb, yeni enerji mənbələrindən (NEV) istifadə isə 53% artaraq 49 min avtomobil təşkil edib.

Fevral ayında NEV-in Çin bazarındakı payı 4% artmışdır (ötən il bu rəqəm 1,7% təşkil edib).

Qeyd etmək lazımdır ki, Çin hökuməti 2020-ci ildən başlayaraq elektrik avtomobillər üçün verilən subsidiyalardan imtina etməyi planlayır.  

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 12-04-2019