×+ Vakansiya yerləşdirBaş səhifəHaqqımızdaİstifadəçi qaydalarıSaytda reklamBizimlə çalışmaq istəyən şirkətlər üçünŞirkət hesabı nə üçün yaradılmalıdır ?VİP vakansiya nədir?Vakansiyanı irəli çəkmək nədir?Bizimlə əlaqə / Texniki dəstək

Visa və Coinbase debet kartları sizə kriptovalyuta vasitəsilə ödəniş etmək imkanını təqdim edir

Visa və Coinbase debet kartları sizə kriptovalyuta vasitəsilə ödəniş etmək imkanını təqdim edir xeberler Aprel 11, 2019

Visa və Coinbase debet kartları sizə kriptovalyuta vasitəsilə ödəniş etmək imkanını təqdim edir xeberler 165

Visa və Coinbase debet kartları sizə kriptovalyuta vasitəsilə ödəniş etmək imkanını təqdim edir xeberlerBiznes xəbərlər

Visa və Coinbase debet kartları sizə kriptovalyuta vasitəsilə ödəniş etmək imkanını təqdim edir xeberler

Amerikanın “Coinbase” kriptovalyuta birjası “Visa” ilə birgə kriptovalyuta kartlarını buraxır. Bu kartlar sizə rəqəmsal aktivləri adi pul kimi asanlıqla sərf etməyə imkan verəcək.

Coinbase Card – “Coinbase” birjasında istifadəçinin cüzdanına bağlı olan debet kartıdır. Onun köməyi ilə istənilən mağazada alış-veriş edə bilərsiniz. Hələ ki bu kartları yalnız Böyük Britaniya sakinləri ala bilərlər, gələcəkdə bu kartların bütün Avropa ölkələrində istifadəsi planlaşdırılır.

Alış-verişdən əlavə olaraq, istifadəçi onun vasitəsilə debet kartı ilə apardığı əməliyyatları da həyata keçirə bilər: internetdə etdiyi alış-verişlərə görə ödəniş etmək, ATM-dən pul çıxarmaq və s.

Birja nümayəndələri qeyd edirlər ki, Coinbase Card – iri birjaya bağlı olan ilk debet kartıdır. Bu kartı almaq üçün istifadəçi 4,95 funt ödəməli olacaqdır.

Bəlkə də kriptovalyuta vasitəsilə alış-veriş etmək çox əladır, lakin “Coinbase” və “Visa”-nın təklif etdiyi kart o qədər də zəruri bir şey deyil. Belə ki, alış-verişlər yenə də fiat valyutalar vasitəsilə ödəniləcək, kriptovalyuta isə birjaya qalacaq.

Beləliklə, kompromis almış oluruq: mağazalar hələki bitkoini və digər kriptovalyutaları qəbul etməyə hazır deyillər, ona görə də “Coinbase” aralıq bir həll yolunu yaratmaq qərarına gəlib.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 11-04-2019