Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 19, 7 gün — 132, ay — 472 yeni elan

Uğurlu Biznes – İdrakdan asılıdır!

Uğurlu Biznes – İdrakdan asılıdır! xeberler Aprel 15, 2019

Uğurlu Biznes – İdrakdan asılıdır! xeberler 183

Uğurlu Biznes – İdrakdan asılıdır! xeberlerBiznes xəbərlər

Uğurlu Biznes – İdrakdan asılıdır! xeberler

Son vaxtlar iş təcrübəmdə və yeni biznes açan (və ya açmaq istəyən) adamlarla görüşəndə çox maraqlı bir şeyin şahidi oluram. O adamlar ki, biznesdə uğur qazana bilmir adətən aşağıdakı iş vərdişlərini sahib olurlar:

  • Baş verən hadisələrdən daim narazıdırlar. Bu tip adamlar üçün ölkədə, rayonda, küçədə və ya çalışdıqları sektorda istənilən bir dəyişiklik edildiyi zaman bu dəyişiklikdə yalnız mənfi tərəfləri görürlər. Müsbət imkanlar bağlanmış adamlar biznesdə uğur qazanması real deyil!
  • Daim çalışdıqları sahənin kənarında yeni biznes axtarırlar. Çalışdıqları sahədən asılı olmayaraq daim nesə başqa yerdə iş qurmaq və ya başqa sektora keçmək istəyirlər. Bilirsiz, mən hesab edirəm ki, biznesdə gəlirli və ya gəlirsiz sahə yoxdur. Bütün sahələr düzgün işin təşkili zamanı gəlirli və ya əskinə səhv təşkil etdikdə ziyanlı ola bilərlər.
  • Özləri haqqında yüksək fikirdədirlər. Belə adamlar özlərini son dərəcə bacarıqlı, hər şeyi bilən göstərirlər. Sektorda və ya ətrafında gedən yeniliklər barədə nəyin ki, xəbərdar olmaq istəyir hətta bu yeniliklərin tətbiq edildiyi halda bizneslərinin tam dağılacağını düşünürlər.
  • Biznesdə pulun necə xərcləndiyini bilmirlər. Ən çox belə adamlar pulların lazımsız yerlərə xərcləmək bunun əvəzində isə məntiqi davamı olaraq biznesin inkişafı üçün vacib olan yerlərə pul qoymurlar.
  • İnamsız olurlar. Çox maraqlı məqəm budur ki, belə adamlar çox zaçam ən yaxın işçilərinə belə inanmırlar. Onun nesə əyri yollara əl atacağını düşünürlər, lazımlı informasiyaları gizlədirlər, hər şeyə bir-başa özləri nəzərət etməyə çalışırlar və ən vacibi onlara elə gəlir ki, bir gün olmasalar biznes dağılar!))

İnkişaf edən güclü biznesmenlər isə yuxarıda sadaladığım xasiyyətlərin tam əksi olurlar, yəni öz biliklərinin artırılmasına çalışırlar, daim yeniliklər axtarırlar, pulların düzgün yerə xərcləyirlər və ən əsası insan kimi daha sadə olurlar.

Hesab edirəm ki, biznesdə uğur qazanmaq üçün mütləq adamda düzgün idrak və insansevərlik olmalıdır. Yeni biznes açmaq istəyən adamlar ilk əvvəl bu xasiyyətləri özlərində formalaşdırmalıdırlar.

İlkin Manafov

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 15-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.