Bugün — 4, 7 gün — 116, ay — 530 yeni elan

Uber özünü $83,8 mlrd. dəyərində qiymətləndirib

Uber özünü $83,8 mlrd. dəyərində qiymətləndirib xeberler Aprel 26, 2019

Uber özünü $83,8 mlrd. dəyərində qiymətləndirib xeberler 34

Uber özünü $83,8 mlrd. dəyərində qiymətləndirib xeberlerBiznes xəbərlər

Uber özünü $83,8 mlrd. dəyərində qiymətləndirib xeberler

“Uber” taksi xidməti IPO-dan əvvəl səhmlərin qiymətini $44-50 səviyyəsində müəyyənləşdirib, bu məlumat şirkətin sənədlərində göstərilir. Bu halda şirkətin qiymətləndirməsi $83,8 mlrd. təşkil edəcək.

Şirkət IPO dövründə birjaya təqribən 180 milyon səhm buraxmağı və $9 mlrd. sərmayə cəlb etməyi planlayır.

Daha əvvəl məlum olmuşdur ki, “Uber” özünü $120 mlrd dəyərində qiymətləndirir, CNBC xatırladır. Son investisiya raundunda şirkətin dəyəri $76 mlrd. təşkil edib.

2019-cu ilin birinci rübündə $1,07 mlrd dəyərində zərər gözlənilir. Eyni zamanda qeyd etmək lazımdır ki, şirkət “PayPal”-dan $500 mln. sərmayə cəlb edib.

Xatırladaq ki, şirkətin əsas rəqiblərindən biri 2019-cu ilin mart ayında birjaya çıxan “Lyft” xidmətidir. Xidmət özünü $21-23 mlrd. dəyərində qiymətləndirib. 26 aprel tarixinə qədər səhmlərin aşağı düşməsindən sonra, şirkətin kapitallaşması $16,11 mlrd. qədər azalmışdır.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 26-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.