Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 32, 7 gün — 120, ay — 460 yeni elan

Uber biznes modelinin detallı təhlili

Uber biznes modelinin detallı təhlili xeberler Aprel 15, 2019

Uber biznes modelinin detallı təhlili xeberler 127

Uber biznes modelinin detallı təhlili xeberlerBiznes xəbərlər

Uber biznes modelinin detallı təhlili xeberler

CB insights-da Uber biznes modelinin təhlilinə aid möhtəşəm material dərc olunub. Sizin üçün ən maraqlı meyarları seçib paylaşırıq.

Uber Eats – Uber şirkətinin ən gəlirli və sürətlə inkişaf edən bölümüdür.

Uber hələ də ziyan vericidir. 2018-ci ilin üçüncü rübündə şirkətin gəliri 40% artaraq $2,95 milyarda çatıb, lakin bu gəlir xərci üstələmir, belə ki, ümumi ziyan $1 milyard təşkil edir.

Sürücülər

Bu biznesin ən ziyanverici hissəsi, sürücülərin işə götürülməsidir. Yeni bir sürücü üçün bonuslar bir neçə gediş üçün $ 2000 – $ 5000 arasında dəyişə bilər.

2018-ci ilin ikinci rübündə sürücülərə çəkilən xərclərin ümumi məbləği  (ödənişlər, təşviq, marketinq da daxil olmaqla) $918 milyon təşkil edib.

Sürücülərin işdən çıxması isə ildə 80%-a çatır. Bir il işlədikdən sonra sürücülərin yalnız 20% -ı işdə qalır.

2017-ci ilin ortalarından 2018-ci ilin ortalarına qədər sürücülərin sayı 2 milyondan 3 milyona qədər çoxalıb, onların Uber-dən çıxmasını nəzərə alsaq, ayda təxminən 450 min sürücü işə götürmək lazımdır!

Bir ay ərzində Uber vasitəsilə $4 milyard dəyərində taksi sifariş edirlər, onların ümumi payı isə 22% -dır.

 Müştərilər və bazarlar

Bazar payının artması ilə müştərilərin cəlb edilməsi daim davamlı olaraq azalır.

Bu vaxta qədər artımın əsas kanalı referal proqram olmuşdur. Bu proqramı yükləyib ilk səfər etmək üçün $20 ödəməniz tələb olunur.

Uber müştərilərinin 95% -ı, bu xidmət haqqında dostlarından xəbər tutublar.

Şirkət dünyanın 600 şəhərində müştərilərə xidmət göstərir.

Uber-in Şanxayda bir gedişin 150% zərər gətirməsi halına da rast gəlinib.

Asiya və Rusiyadakı razılaşmalardan sonra, Uber zərərli bazarları sərfəlilərə çevirə bilmişdir və ilk dəfə olaraq  2018-ci ilin birinci rübündə $2,5 milyard mənfəət götürüb.

Rəqabət və dövlət tənzimi

Lyft son dövrlərdə Uber-dən daha sürətli böyüyür, Amerikada onun bazar payı artıq 28%, Uber-in isə 70% təşkil edir.

Uber biznes modelinin ən vacib hissəsi sürücü maaşlarının olmamasıdır. Onların hamısı Müstəqil Podratçıdır (VÖEN tipli). Yerli vəzifəlilər həmişə bu səbəbdən Uber-i qadağan etməyə çalışırlar.

Hökumət səlahiyyətlilərinə qarşı Uber-in əsas müdafiə xətti Travis qanunudur.

Travis qnunu Amerikada müvəffəqiyyətlə tətbiq olunur, lakin Avropa və Asiyada hələ də yayımlamışdı.

Almaniya, Cənubi Afrika, Hong Kongda Uber taksi sürücüləri maaşla işləyirlər, burada şirkət bütün dövlət vergilərini ödəyir.

2016-ci ildən New York, Uber üçün böyük maneələr əlavə etmişdir. Bir sürücünü şirkətə birləşdirmək üçün $3000 ödəmək və bir neçə həftə ərzində təlim keçmək tələb olunur. Nyu-Yorkda lobbiçiliyə $6,6 milyon başa gələn xərclər kömək etmədi.

Londonda Uber uzun müddət ərzində qadağan edilmişdir. Onlar bu bazara geri dönmək üçün hər bir sürücü üçün böyük sığorta haqlarını ödəməli oldular.

Kanadada dövlətin tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmaq üçün ölkənin iqtisadiyyatına təxminən $200 milyon sərf olunub.

Maliyyə

2012-ci ildən 2018-ci ilə qədər Uber yalnız bir rübdə artım göstərməmişdi (2017 Q1). Qalan bütün dövrlərdə bir kvartala görə şirkətin əldə etdiyi gəlir $46 milyondan $3 milyarda qədər artıb.

Səyahət qiymətindəki Uber-in payı vergiləri, kart emalını, marketinqi, sığorta və digər xərcləri ödəmək üçün kifayət edən 20%-25%  təşkil edir.

Uber vasitəsi ilə səfərlərin 80% -i UberX tarifi üzrə həyata keçirilir (ən ucuz fərdi tarif ).

Uber Pool tarifinin tətbiqi müvəffəqiyyətli olmuşdur (bir neçə nəfərin avtomobilə minməsi). Bu tarif, hər bir sərnişin üçün qiyməti azaldır, səfərin ümumi qiymətini isə artırır.

Uber Pool sifarişlərinin payı (hələ ki bütün bölgələrdə yoxdur) 20% -ə çatıb.

2018-ci ilin birinci rübündə UberEats, ümumi xərclər 80 milyon olduğu halda, şirkətə 1,5 milyard dollar gəlir gətirmişdir. Digər xidmətlərin fonunda Uber çox uğur qazanır.

Bu gün gəlirinin 15% -i UberEats payına düşür.

Bu sahədə yüksək gəlirlilik sifarişçilərin 30% -ni çatdırmaq üçün restoranlardan əlavə komissiya, eləcə də ağıllı bir sürücü yönlendirme sistemi ilə təmin edilir.

Gələcək və avtopilotlar

Yaxın gələcəkdə Uber şirkəti alternativ nəqliyyat növlərinə üstünlük verməyi planlayıb. Bunlara skuterlər və avtopilot  rejimli avtomobillər aiddir.

Uber Rush ilə eksperimentlər aparılır – məhdud siyahıdan gündəlik istehlak mallarının çatdırılması.

Bütün bunlara baxmayaraq, şirkətin əsas məqsədi əsas xərclərdən, yəni insanlardan azad olmaqdır.

Və hətta avtopilot modelində, Uber öz avtomobillərin sahibkarı olmağı planlamır. İndi onları artıq avtomobil istehsalçıları özləri təmin edəcəklər. Uber isə yalnız texnologiya ortağı olacaq.

Hər bir kəs Uber-i onun külli miqdarda pul xərclərinə görə qınayır. Lakin, çoxları unudurlar ki, “mənfi gəlir çıxmanın” potensiyalı çox böyükdür.

 

 

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 15-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.