Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 22, 7 gün — 122, ay — 477 yeni elan

The Verge: Amazonun işçiləri effektiv fəaliyyətə ciddi tələbə görə qovulmadan şikayət ediblər

The Verge: Amazonun işçiləri effektiv fəaliyyətə ciddi tələbə görə qovulmadan şikayət ediblər xeberler Aprel 26, 2019

The Verge: Amazonun işçiləri effektiv fəaliyyətə ciddi tələbə görə qovulmadan şikayət ediblər xeberler 160

The Verge: Amazonun işçiləri effektiv fəaliyyətə ciddi tələbə görə qovulmadan şikayət ediblər xeberlerBiznes xəbərlər

The Verge: Amazonun işçiləri effektiv fəaliyyətə ciddi tələbə görə qovulmadan şikayət ediblər xeberler

Şirkətin sistemi hər işçinin iş qabiliyyətinə nəzarət edir və onlara xəbərdarlıq edir.

2017-ci ilin avqustundan 2018-ci ilin sentyabrına kimi  “Amazon” “yüzlərlə” əməkdaşı bir sifariş mərkəzindən istehsal planını yerinə yetirmədiyinə görə qovub. Bu barədə, şirkətin sənədlərinə istinadən The Verge yazıb.

“Amazon”un nümayəndəsi bildirib ki, bu vaxt ərzində 300-ə yaxın adam qovulub. Təkcə Baltimore-dəki  müəssisədə 2,5 min ştatlı əməkdaş işləyir. Nəşriyyat açıqlama verib ki,şirkət təkcə natamam iş qabiliyyətinə görə ştatın 10%-dən çoxunu qovub.

“Amazon” 125 minə yaxın əməkdaşı olan 75-dən çox xidmət mərkəzlərinə rəhbərlik edir. The Verge bildirib ki, il ərzində minlərlə şəxs sifarıişləri yetərincə cəld həyata keçirə bilmədiyi üçün şirkətdə işini itirib.

Bundan başqa, sənədlər sifariş mərkəzlərində yüksək avtomatlaşdırma dərəcəsindən də bəhs edir.”Amazon” sistemi hər bir əməkdaşın ayrı-ayrılıqda iş qabiliyyətinə və “ işsizlik vaxtı”na nəzarət edir – əgər işçi uzun müddət paketi skan etmirsə sistem ona avtomatik olaraq xəxbərdarlıq edir.Nəticədə əməkdaş qovula bilər.

The Verge açıqlama verib ki, bəzi işçilər planı doldura bilməyəcəklərindən ehtiyat edərək  fasilə müddətindən istifadə etmirlər. “Amazon”un tənqidçiləri bildirirlər ki,şirkət əməkdaşlarına maşın kimi yanaşır və ancaq rəqəmləri görür.

“Amazon”un verdiyi açıqlamaya görə, son iki ildə Baltimore obyektində olduğu kimi bütün Şimali Amerikadakı müəssisələrində də qovulmaların sayı ümumilikdə azalıb. Şirkət qovulmaların sayı barədə məlumat vermir.

2018-ci ilin dekabrında “Amazon”un Minnestone-dakı müəssisəsində işləyən Şimali Amerikadan olan immiqrant işçilər şirkətə qarşı etiraz elan ediblər. Onlar tsdiq ediblər ki, riteyler əməkdaşların üzərinə həddindən çox ciddi iş fəaliyyəti tələbi qoyub və onlarla sanki robotlar kimi davranır.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 26-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.