Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 21, 7 gün — 121, ay — 477 yeni elan

Tesla haqqında bilmədiyiniz 10 şey

Tesla haqqında bilmədiyiniz 10 şey xeberler Aprel 15, 2019

Tesla haqqında bilmədiyiniz 10 şey xeberler 175

Tesla haqqında bilmədiyiniz 10 şey xeberlerBiznes xəbərlər

Tesla haqqında bilmədiyiniz 10 şey xeberler

Küçədə Tesla avtomobili ilə qarşılaşmaq artıq heç kəs üçün təəccüblü deyil. O, cəlbedicidir və daim diqqət mərkəzində olur. Bu elektrikli avtomobil haqqında bilmədiyiniz qeyri-adi faktlara nəzər salaq.

  1. 7 yaşdan 30 yaşa qədər pul yığmaq

Yeni Tesla avtomobillərin qiyməti 95 000 AZN-dən 400 000 AZN arasında dəyişir. Əgər orta əmək haqqının səviyyəsini nəzərə alsaq, belə çıxır ki ən ucuz modeli əldə etmək üçün təxminən 7 il, ən bahalı modeli əldə etmək üçün isə 30 il pul yığmaq lazımdır.

  1. Tesla avtomobillərində klassik açar olmur

Bu maşınlarda açar əvəzində breloka bənzər bir cihazdan istifadə olunur. Onu heç haraya salmaq lazım deyil, breloku sadəcə əlinizdə tutsanız kifayət edər – maşın özü sizə yaxınlaşacaqdır. Maşının idarə olunmasına dair bir sıra funksiyalardan mobil telefon vasitəsilə yararlanmaq mümkündür.

  1. Maşın bir dəfə elektrik yığmaqla 600 km yol gedə bilər

Maşının gedə biləcəyi məsafə, modeldən asılı olaraq dəyişə bilər. Məsələn, Model S avtomobili 613 km, S 60D modeli isə 340 km yol gedə bilər.

  1. Elektrikdoldurma məntəqələrin sayı azdır, ev şəraitində isə bu proses uzun çəkir

Elektrikdoldurma məntəqələrin az olması səbəbindən, istifadəçilərin çox hissəsi öz avtomobillərini evdə “zaryadkaya” qoyurlar. Bunun üçün adi 220 voltluq rozetka kifayət edir. Bu halda akkumulyatorun tam dolması üçün təqribən 21 saat tələb olunur.

Elektrikdoldurma prosesini tezləşdirmək üçün, xüsusi stansiyanı əldə edə bilərsiniz. Belə bir stansiyanın orta qiyməti 3 500 AZN-dən 5 000 AZN arasında dəyişir.

  1. Benzinə qənaət edə bilərsiniz

Əgər maşınınızı evdə “zaryadkaya” qoysanız, bir kVt/s görə təxminən 0,02 AZN ödəməli olacaqsınız. Yekun qiymət regiondan asılı olaraq dəyişə bilər.

  1. Kasko sığortasının baha başa gəlməsi

Avtomobilin təhlükəsizliyini təmin etmək istəyirsinizsə, kasko sığortasından istifadə edə bilərsiniz, lakin bu abunəlik sizə baha başa gələ bilər. Inguru servisinin verdiyi məlumata görə, Tesla Model S avtomobilin sahibkarı üçün bu sığorta 30 000 AZN-dən 35 000 AZN-ə qədər başa gələcək. Heç də hər sığorta şirkəti belə bir məsuliyyəti öz üzərinə götürməyə hazır deyil.

  1. İcarəyə götürmək olar

Bu avtomobildən müvəqqəti əsasda da istifadə edə bilərsiniz, məsələn, iş səfəri, fotosessiya və ya toy günü üçün. Servislərin birində belə bir xidmətin qiyməti 3 000 AZN (3 gün) və 10 000 AZN ( bir ay) təşkil edir.  Sürücünün yaşı 30 yaşdan, sürücülük təcrübəsi isə 6 ildən yuxarı olmalıdır.

  1. Özü gedir

Tesla avtomobillərində “avtopilot” funksiyası da var. Başlanğıcda bu yenilik şose yolu və parkinq üçün nəzərdə tutulmuşdu: sistem özü kameralar və sensorlar vasitəsi ilə trayektoriyada düzəliş edə bilər.

Lakin, şirkət avtomobilin növbəti versiyalarında avtopilot rejiminə işıqforların və “stop” siqnalların tanınmasını, sistemin şəhər küçələrində işləmək qabiliyyətini də daxil etməyi planlaşdırdığını açıqladı.

  1. Tesla geyim satır

Tesla yalnız avtomobil satışı ilə deyil, geyim satışı ilə də məşğul olur. Shop.tesla.com saytında maykalar, köynəklər, papaqlar, maşınların kiçik ölçülü versiyaları və digər əşyaları tapa bilərsiniz. Məsələn, bir kişi maykasının qiyməti 35 dollar təşkil edir.

  1. Səhmlərini əldə etmək imkanı

Amerikanın fond birjası vasitəsilə şirkətin səhmlərini əldə edə bilərsiniz. 2019-cu il 5 mart tarixində bir səhmin qiyməti 258 dollar təşkil edib . Qiymətli kağızlar qeyri-sabitdirlər və şirkət haqqında çıxan xəbərlərə münasibətdə çox həssasdırlar. Məsələn, 2018-ci ilin sentyabr ayında səhmlərin qiyməti 6% aşağı düşmüşdür, bu Tesla ilə bağlı çıxmış xəbərlərlə əlaqəli olub. 2019-cu ilim 5 mart tarixində də buna oxşar bir hala rast gəlinib.

Beləliklə, bu aktivlər kifayət qədər risk tələb edir.

 

 

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 15-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.