×+ Vakansiya yerləşdirBaş səhifəHaqqımızdaİstifadəçi qaydalarıSaytda reklamBizimlə çalışmaq istəyən şirkətlər üçünŞirkət hesabı nə üçün yaradılmalıdır ?VİP vakansiya nədir?Vakansiyanı irəli çəkmək nədir?Bizimlə əlaqə / Texniki dəstək

Sundar Pichai. Google şirkətinin baş direktorunun həyat hekayəsi

Sundar Pichai. Google şirkətinin baş direktorunun həyat hekayəsi xeberler Aprel 15, 2019

Sundar Pichai. Google şirkətinin baş direktorunun həyat hekayəsi xeberler 228

Sundar Pichai. Google şirkətinin baş direktorunun həyat hekayəsi xeberlerBiznes xəbərlər

Sundar Pichai. Google şirkətinin baş direktorunun həyat hekayəsi xeberler

2015-ci ildə Hindistan mənşəli olan Sundar Pichai, Google şirkətinin baş direktor vəzifəsinə təyin olunmuşdu. Bu qərar bir çox insanı təəccübləndirdi. Buna baxmayaraq, Pichai, Google şirkətinin güvənilə biləcək əllərə düşdüyünü sübut edə bilmişdir.

Sundar Pichai-nin uşaqlıq illəri

Pichai Sundararajan 1972-ci ilin iyul ayının 12-də Çhennai  (Hindistan) şəhərində anadan olmuşdur. Onun atası General Electric Company-də elektrik mühəndis, anası isə stenaqrofist kimi çalışmışdır.

Pichai ailəsini orta təbəqəyə aid etmək olardı. Lakin, ABŞ və Hindistanda bu anlayışlar bir-birindən əsaslı şəkildə fərqlənirlər. Ailə iki otaqlı mənzildə yaşayırdı. Onların nə televizoru, nə də maşını yox idi.  Sundar qardaşı ilə bir otaqda yaşayırdı. Uşaqlıqdan Sundar çox bacarıqlı bir uşaq olmuşdur. Çox vaxt, o, öz güclü yaddaşı ilə ətrafdakı insanları təəccübləndirirdi. Məktəbdə yaxşı oxuyurdu, hər zaman oxuyan və sakit biri kimi tanınmışdır.

Məktəbi bitirdikdən sonra, Pichai Hindistanın Kharagpur şəhərindəki texnologiya universitetinə qəbul olmuşdur. Burada o, 1993-cü ildə metallurgiya sahəsi üzrə bakalavr dərəcəsini aldı. Tədris boyu yüksək qiymətlər aldığına görə, Pichai, Stanford universitetində oxumaq üçün təqaüd qazana bilmişdir.

Öz övladını ABŞ-a göndərmək üçün ailə böyük məbləğdə vəsait xərcləməli idi. Bəzi mənbələrdə qeyd olunur ki, Pichai ailəsi bu səbəbdən böyük borclara girmiş oldu.

Stanford universitetində Pichai materialşünaslıq və mühəndislik sahəsi üzrə magistr dərəcəsini aldı. Həmin dövrlərdə, o, elm sahəsində karyera qurmağı arzu edirdi. Lakin, bir müddət sonra Silikon vadisinə güclü maraq göstərən bu gənc, Applied Material şirkətinə proyekt-menecer vəzifəsinə işə düzəldi.

Sundar Pichai-nin karyerasının növbəti pilləsi, Wharton biznes məktəbi oldu. Burada, o, iş administrasiyası sahəsində magistr dərəcəsini aldı. Tədris müddətində, Pichai, istedadlı tələbələr üçün nəzərdə tutulmuş bir sıra proqramlarda da iştirak etmişdir. Onlardan Siebel Scholars və Palmer Scholars proqramını misal göstərmək olar.

2002-ci ildə gənc mütəxəssis McKinsey&Company konsaltinq şirkətinə işə düzəlir.  2004-cü ildən başlayaraq, o, idarəçilik üzrə məsləhətçi vəzifəsini tuturdu.

Google-da işə başlaması

2004-cü ildə Pichai Google-a işə düzəlmək üçün McKinsey şirkətindən çıxır. Onun müsabiqəsi 1 aprel tarixində keçirilmişdi. Google kimi şirkətdə işləmək – bir çox insanın arzusudur. Burada Pichai öz karyerasını proyekt-menecer vəzifəsindən başlamışdır.

2005-ci ildə Pichai-nin rəhbərliyi altında Firefox üçün Google Toolbar buraxıldı.

Eyni zamanda, Pichai şirkətini Microsoft-dan qorumaq üçün bir ideya ortaya qoydu. O qərara aldı ki, şirkət öz brauzerinə malik olmalıdır.  Həmin dövrdə şirkətin baş direktoru Eric Schmidt idi. O, Pichai-nin bu təklifini dəstəkləmədi.

Bütün bunlara baxmayaraq, Pichai, digər əməkdaşları inandıraraq, Mozilla Firefox-un tərtibatçıları ilə birlikdə brauzerin Demo versiyasını yaratmışdır. Nəticədə, baş direktor öz mövqeyini dəyişdi.

Google Chrome 2008-ci ildə buraxılmışdı. O, dünya üzrə ən məşhur brauzerlərin birinə çevrilə bildi. Belə ki, Microsoft-un bu istiqamətdə dominantlığına son qoyuldu. Bunun sayəsində, Pichai, məhsulların tərtibatı üzrə viçe – prezident vəzifəsinə qədər yüksəldi. Chrome OS və Google Drive onun rəhbərliyi altında yaradılıb.

Öz işini təşkil etməyi bacaran bir insan

Pichai-nin müvəffəqiyyətində yalnız texniki bacarıqların deyil, şəxsi keyfiyyətlərin də rolu böyükdür. Şirkətin əməkdaşlarının fikrincə, o, çox yaxşı liderdir. Pichai öz əməkdaşlarına təzyiq göstərmir. Onun əsas məqsədi komandanın produktiv işini təşkil etməkdir.

Pichai-nin güclü tərəflərindən biri, top-menecerləri düzgün təyin etmək bacarığıdır. Google əməkdaşları onun bu istedadını yüksək qiymətləndirirlər.

Eyni zamanda, Pichai, fərqlənmiş əməkdaşların mükafatlandırılmasına ciddi nəzarət edir. O, kompromissə gedə bilən insanlardan biridir.

Diplomatik bacarıqların sayəsində, o, Nest şirkətini ala bilmişdir.

 

Google şirkətində CEO vəzifəsində

2015-ci ildə Pichai CEO vəzifəsinə təyin olunmuşdu. Bunun nəticəsində şirkət maliyyə göstəricilərini əhəmiyyətli dərəcədə artıra bilmişdir.

Nail olduğu uğurlara görə, Pichai, 2016-cı ildə 199 milyon dollar məbləğində bonus əldə edə bildi. Həmin dövrdə məlum oldu ki, o, şirkətin 650 milyon dollarlıq səhmlərinə sahibdir. 2017-ci ildə isə Pichai Alphabet-in direktorlar şurasının üzvü oldu.

2018-ci ildə rəhbər bir sıra çətinliklərlə üzləşməli olub. Dragonfly haqda məlumat yayılandan sonra, şirkətin əməkdaşlarının və ictimaiyyətin narazılığı get-gedə artmaqda davam edirdi.

Digər problemlərdən biri, şirkətdə “harassment” hadisəsinin baş verməsi oldu. Məlum oldu ki, Andy Rubin şirkəti proyektlərə görə deyil, cinsi təcavüz məsələsinə görə tərk edib.

Bunun nəticəsi idi ki, əməkdaşlara ofis daxilində və Google-un təşkil etdiyi yığıncaqlarda spirtli içkilər içmək qadağan olundu. Bu qaydaya əməl edilməsi məsuliyyətini top-menecerlər daşıyırdı. Eyni zamanda, gələcəkdə bu kimi hadisələrin qarşısını almaq məqsədi ilə əməkdaşlar məcburi şəkildə xüsusi treninqlər keçməli oldular.

Digər məsələlərdən biri, əməkdaşların Pentaqon ilə əməkdaşlıqdan narazı olması ilə bağlı olmuşdur. Bununla bağlı Pichai kompromisə gedərək, iyun ayında Pentaqonla bağlanmış müqavilənin müddətini uzatmaqdan imtina etdi.

Bütün bu qərarların qəbul edilməsi, Google ilə hökumət arasındakı münasibətləri çətinləşdirdi.

Google+ məsələsinə də toxunmaq lazımdır. Oktyabr ayında, yarım milyondan çox istifadəçinin şəxsi məlumatlarına çıxışı olan üçüncü tərəfin inkişaf etdirən sosial şəbəkəsinin zəifliyi barədə məlumatlar çıxdı.

Buna cavab olaraq, Google, avqust ayında adi istifadəçilər üçün Google+ şəbəkəsini bağlayacağını  söylədi. Noyabr ayında sosial şəbəkənin digər bir zəifliyi barədə məlumat ortaya çıxandan sonra, planlar aprel ayına köçürüldü.

Pichai-nin iştirak etdiyi vacib tədbirlərdən biri də dekabrda keçirilən konqres olmuşdur. Dinləmələr zamanı Pichai Dragonfly məsələsinə aydınlıq gətirərək bildirmişdir ki, şirkət ÇXR-da senzuralı axtarış sistemini işə salmaq niyyətində deyil.

Eyni zamanda, istifadəçilərin məlumatlarının məxfilik məsələsinə də toxunuldu.  Ümumilikdə, dinləmənin nəticələri CEO üçün müsbət xarakter daşıyıb.

Çətinliklərə baxmayaraq, 2018-ci il Google üçün uğurlu keçdi. Şirkət 20 illik yubileyini qeyd etdi. Əlbəttə ki, Pichai şirkətin inkişafında böyük rol oynayıb.

Pichai əməkdaşlar tərəfindən sevilir, Hindistanda isə ona milli qəhrəman kimi baxırlar.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 15-04-2019