Bugün — 30, 7 gün — 137, ay — 481 yeni elan

Stressə STOP deyək!: şirkətlər dördgünlük iş həftəsinə keçirlər

Stressə STOP deyək!: şirkətlər dördgünlük iş həftəsinə keçirlər xeberler Aprel 15, 2019

Stressə STOP deyək!: şirkətlər dördgünlük iş həftəsinə keçirlər xeberler 7

Stressə STOP deyək!: şirkətlər dördgünlük iş həftəsinə keçirlər xeberlerBiznes xəbərlər

Stressə STOP deyək!: şirkətlər dördgünlük iş həftəsinə keçirlər xeberler

Artıq bu addımı atmağa cəhd edənlər, məhsuldarlığın artmasını və iş heyətində motivasiya yüksəlişini müşahidə ediblər.

Həftədə 4 gün işləyib və sanki 5 gün işlədiyiniz kimi maaş almaq? Bu, həqiqətə uyğun olmaq üçün inanılmazdı. Amma dünya miqyasında bir çox şirkətlər öz fəaliyyətini artıq bu cədvəl üzrə qururlar. Sözsüz, belə iş rejiminin bir sıra özünəməxsus üstünlükləri var. Onlara əmək məhsuldarlığının artmasını, işçilər arasında motivasiya yüksəlişini aid etmək olar.

Yeni iş qrafikini sınamış və faydasını görmüş şirkətlərə Planio şirkətini və sığorta şirkəti olan Perpetual Guardian-ı misal göstərmək olar.

Hətta bunu da qeyd etmək lazımdır ki, Yaponiyada hökumət, Bazar ertəsi səhər saatlarında işçilərin gecikməsini təşviq etməyə başlayıb.

İngilis Həmkarlar İttifaqı Konqresi (TUC), bütün ölkənin bu əsrin sonuna qədər dörd günlük iş həftəsinə keçmələrini təkid edir. Bu fikir müxalifətin İşçi Partiyası tərəfindən də dəstəklənib.

“Artıq bir çox şirkətlər buna cəhd ediblər və bu addımın işçilərin məhsuldarlığına və rifahına müsbət təsir göstərməsini deyiblər”, – iqtisadi və sosial şöbənin rəhbəri olan Keyt Bell bu haqda öz fikrini bildirib.

ABŞ, Böyük Britaniya və Almaniya da daxil olmaqla, dünyanın 8 ölkəsində çalışan 3000-ə yaxın işçidən alınmış sorğu göstərib ki, respondentlərin demək olar ki, yarısı, bütün işlərini 5 saata asanlıqla tamamlaya bilərlər. Ancaq onların çoxu hələ də həftədə 40 saatdan artıq işləməyə davam edirlər. Bu respondentlərin 49% -ı normadan artıq işlədiklərini etiraf ediblər.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 15-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.

laminat qiymetlerilaminatlaminatlarlaminat bakupolikarbonatpolikarbonat qiymetleripolikarbonat qiymetipolikarbonat satışı