Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 19, 7 gün — 114, ay — 458 yeni elan

Startapların 2 kritik səhvi

Startapların 2 kritik səhvi xeberler Aprel 15, 2019

Startapların 2 kritik səhvi xeberler 127

Startapların 2 kritik səhvi xeberlerBiznes xəbərlər

Startapların 2 kritik səhvi xeberler

Səhv 1

Startap-ın klassika və nəzəriyyəsində yaradıcının ideyasının necə əmələ gəldiyi bilinmir. Öz-özlüyündə perspektivli və mükəmməl! Və ilk səhv də elə bundan ibarətdir – normal fikir heçnədən yarana bilməz.

Biznes ümumiyyətlə tamam başqa cür dövr edir – bir iş adamı öz  tələbini icra edir… Bunlar artıq  hər hansısa məhsula və ya xidmətə görə pul ödəməyə hazır olan insanlardır. Və iş adamının üzərinə düşən tapşırıq – sadəcə bu məhsulu o adamlara verməkdir. Və bununla hər iki tərəf məmnun qalır.

Startap-larda isə bunun tam əksi baş verir.  Gəlirik on potensial istehlakçıya , başa düşürük ki, onlar üçün bizim məhsul göydəndüşmədir və beləcə biraz da irəli gedirik. Bunun da mahiyyəti ideyamızı müştərilər üçün daha lazımlı etməkdir. Sonra bir az da irəli gedirik və yenə də davam edirik.

Nəticədə startap ,əgər  müştərinin tələblərinə qədər inkişaf edirsə daha da uğurlu ola bilər. Buna çoxlu vaxt, güc və pul sərf edilir. İş adamı ideyası olan startap-çıya kənardan baxır və gülümsəyir – axı o tələbləri dərhal bilir, belə ki onlarda heç bir dəyişiklik də olmur.

Səhv 2

Belə götürək ki, startap-çı ən lazımsız olanı belə yoxlamaqdan yan keçməyən bir neçə  yenilikçi tapıb. O əlbəttə ki, öz ideyasının mükəmməliyinə daha da çox əmindir  və onu aktiv şəkildə təbliğ etməyə başlayır. Milyonlar və Çukerberqin şöhrəti onu qapıda gözləyir!

Səhv ondadır ki, o təbliğ etməyi bacarmır. Əgər bunu edə bilsəydi, normal bizneslə məşğul olmuş olardı. Və bu anda təsəvvür edin… Heç normal məhsulu kütləvi şəkildə təbliğ etmək asan deyil, o ki qalmışdı yararsız biri olsun…

Üstəlik buna çoxlu vaxt, güc və pul sərf olunur…

Səhvləri necə aşmaq bonusu

Bunun resepti olduqca sadədir – stratap’lara baş qoşmazdan əvvəl adi normal biznes qurmağı, sadə yollarla gəlir əldə etməyi öyrənmək lazımdır. Və beləcə sən, insanların külli miqdarda pul xərcləməyə hazır olduqları real tələbatlarını görməyi, biznes qurmağı, öz məhsullarını xidmətlərini təbliğ etməyi və gəlir əldə etməyi öyrənəcəksən.

Məntiqə uyğundur ki, startap-la sən artiq qurduğun biznesin sahəsinə daxil ola bilərsən və bu da o deməkdir ki, heç olmasa minimum halda ondan başın çıxır.

  Və əgər bundan sonra sənin bir qazanc yerin , pul tədarükün, vaxtın və gücün varsa artıq öz imkanların həddində startap başlada bilərsən.

P.S. Startap hər şeydən öncə bir biznesdir. Sən əgər biznesdə uğurlusansa startap edə bilərsən.

 

 

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 15-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.