×+ Vakansiya yerləşdir+ CV yerləşdirBaş səhifəHaqqımızdaİstifadəçi qaydalarıSaytda reklamBizimlə çalışmaq istəyən şirkətlər üçünŞirkət hesabı nə üçün yaradılmalıdır ?VİP vakansiya nədir?Vakansiyanı irəli çəkmək nədir?Bizimlə əlaqə / Texniki dəstək

Spotify Apple şirkətini ittiham edib

Spotify Apple şirkətini ittiham edib xeberler Mart 14, 2019

Spotify Apple şirkətini ittiham edib xeberler 178

Spotify Apple şirkətini ittiham edib xeberlerBiznes xəbərlər

Spotify Apple şirkətini ittiham edib xeberler

Striming xidməti olan Spotify Avropa Komissiyasına (Avropa İttifaqının antimonopolist orqanı) müraciət edərək, Apple şirkətinə qarışı ittiham irəli sürüb. Bu haqda şirkətin bloqunda Spotify xidmətinin təsisçisi Daniel Ek xəbər verir.

Apple ilə olan qarşıdurmanı təsvir etmək üçün Spotify, “Time To Play Fair” adlı veb saytı işə salmışdır – “Ədalətli oyunun vaxtı gəlib çatıb”.

Orada xidmət Apple şirkətinin ayrı-ayrı vaxtlarda bunları etdiyini göstərir:

  • Siri və HomePod səs köməkçilərinə Spotify xidmətini işə salmağa icazə verməyib
  • Apple Watch üçün nəzərdə tutulmuş proqramlardan imtina edib
  • Spotify xidmətini App Store-dən siləcəyini bildirib və bununla hədələyib
  • Proqramın yenilənməsini dəstək olmayıb, səbəb kimi isə Spotify xidmətinin müştərilərə ödənişli abunəliyi təklif etdiyini göstərir (Apple komissiyasının və ödəniş sistemindən kənar).

Apple öz ödəniş sistemi vasitəsilə həyata keçirilən alış-verişlərdən əldə edilmiş gəlirin 30%-ni tələb edir: məsələn, ödənişsiz abunədən premium-abunəyə keçid zamanı.

Xidmətin bu şərtlərlə razılaşdığı təqdirdə, qiymətlərin qalxması gözlənilir. Bu halda, Spotify, öz rəqibləri (Apple Music) ilə müqayisədə daha yuxarı mövqe tuta biləcək, – Ek deyir.

Daniel Ek-in fikrinə görə, Spotify bununla sadəcə sağlam rəqabət uğrunda mübarizə aparır:

  • Məhdudiyyətlərin App Store-nin bütün tətbiqlərinə aid olmamasını təmin etmək
  • İstifadəçilərə ödəniş sistemini seçmək imkanının verilməsi
  • Mağazalara xidmət ilə istifadəçi arasındakı əlaqələri nəzarət etmələrinə yol verməmək.

 

 

 

 

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 14-03-2019
Cv yerləşdir
Vakansiya yerləşdir