Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 19, 7 gün — 114, ay — 458 yeni elan

Skram (Scrum) nədir?

Skram (Scrum) nədir? xeberler Aprel 15, 2019

Skram (Scrum) nədir? xeberler 136

Skram (Scrum) nədir? xeberlerBiznes xəbərlər

Skram (Scrum) nədir? xeberler

Skram-Adjayl ruhunda işin təşkili yoludur.O,bazarın tələbləri dəyişən zaman,tezliklə məhsulu buraxmağa və inkişaf etdirməyə kömək edir.

Bir çox insan Skramı  metodologiya adlandırır. Bu belə deyil,Skram-çərçivədir. Qaydalarda fərqlilik: metodologiya nəticəyə nail olmaq üçün hazır təlimat verir, məsələn, menecerə hər cümə bölmənin işini təhlil etməyə göstəriş verir.

Scram həyatın bütün halları üçün instruksiya vermir. İşçilər Skramın qaydalarına əməl edirlər, amma iş prosesi özləri tərəfindən dəyişdirilir. Məsələn,işi hansı tezlikdə təhlil etmək lazım olduğunu,hansı heyyətlə yığılacağını, hansı sənədləri tərtib etmək lazım olduğunu özləri müəyyənləşdirirlər.

İşçilər, proseslər və alətlər üçün Skramın qaydalarına nəzər salaq.

İnkişaf etdirmə qrupu

Skramda işçi-Komandanın bir hissəsidir.Biz 3-9 nəfərdən ibarət olan bir Komanda yaradılmasını təklif edirik, çünki az say onu daha effektiv edir.

Komanda- məhsulu əvvəldən sona qədər özləri yaradan bir qrup mütəxəssisdir. Ənənəvi bir şirkətdə programçılar proqramçılar ilə, mühasiblər – mühasiblər ilə otururlar. Komanda olaraq yalnız bir peşənin mütəxəssislərini hesab edirlər. Skramda bu fərqlidir.

Komanda müxtəlif sahələrdə çalışan mütəxəssislərdən toplanılır. Onlar vəziyyətə müxtəlif bucaqdan baxırlar və gözlənilməz həllər tapırlar.

Skramın  çörək sexinin Komandasına aşpazlar, şirniyyatçılar, satıcılar, alıcılar və   sahibkarlar daxildir. Satıcılar deyirlər ki, alıcılar nadir hallarda qaragiləli şirniyyat alırlar və  qeyri-adi formaya üstünlük verirlər. Komanda rəflətdən süpürülən üçbucaqlı göbələki pirojkilər hazırlayırlar.

Skramda iyerarxiya yoxdur. Ənənəvi şirkətlərdə müdirlər və tabe olanlar var. Skramda işçilər bir-birlərini idarə etmirlər,birlikdə çalışırlar.

Skramda anarxiya yoxdur. Komanda ilə birlikdə, məhsulun sahibi işləyir –bu, müştərilərin görmək istədiklərini bilən və bildiklərini digərləri ilə bölüşən şəxsdir. O,işçilərə göstəriş vermir, amma işə başlamazdan öncə işçilərin vəzifələrini təyin edir və prosesdə kömək edir.

Komanda nəticəyə birlikdə cavabdehlik daşıyır.Uğursuzluq nəticəsində heç kəs günahkar axtarmır.Bunun əvəzində uğursuzluğun səbəbini tapıb və aradan qaldırırlar. Məsələn, daha az vəzifə götürürlər, başqa bir mütəxəssislə əlaqə saxlayırlar və ya yeni vasitələrdən istifadə edirlər.

Komanda üzvləri bir-birinə kömək edir.Komandada bir prinsip mövcüddur:bir nəfər hamı üçün,hamı bir nəfər üçün.Komandada kimdəsə cətinlik varsa, həmkarları ona kömək edir.

İş prossesi

Skramda prosses dövriyəlidir. Böyük tapşırıq üzərində iş çox qısa Sprintlərə bölünür. Sprintin maksimum uzunluğu-bir aydır, lakin biz  1-2 həftəlik dövrlərdən başlamağı tövsiyyə edirik.

Sprint daxilində, Komanda dörd mərhələdən keçir: planlaşdırma, iş, baxış və təhlil. Bütün mərhələlər vacibdir.

Hər dövrün sonunda, görünən bir nəticə ortaya çıxır. Sprint dövründə, Komanda bir məhsul yaratmalı və ya müştərilərə lazım olan məhsula yeni xüsusiyyət əlavə etməlidir. Müştərilər nəticə görmürsə,deməli heç bir şey edilməyib.

Hesab edək ki, iki çörək sexi təkcə pirojki deyil,həmdə şirniyyat satmağa qərar verir. İki həftəlik işdən sonra nə hazır olduğunu görək:

İş prosesi müntəzəm olaraq dəyişir. Hər bir Sprintdən sonra Komanda işin necə getdiyini qiymətləndirir və nəyi necə yaxşılaşdırılması üçün qərarlar verirlər. Komanda daha effektiv çalışsın deyə bu proses hər növbəti Sprintdə  həyata kecirilir.

Komanda kimin nə etdiyini bilir, çünki, mütəmadi olaraq saatı müqayisə edir. Skram hər kəsin öz fəaliyyəti barədə danışmağı üçün gündəlik yığıncaqlar keçirir.

Sənədləşmə işi yoxdur.Skram Adjayl Manifestanın fikrini tətbiq edir:İşlək məhsul sənədləşdirmədən daha vacibdir. Bu, sənədlərin vacib olmadığı anlamına gəlmir. Ancaq işçilər yalnız onlara lazım olan sənədləri tərtib edirlər.

Artefaktlar

Skramda Komanda üç artefakt yaradır.Bu,Komandanın işlərini təşkil etməyə və işlək məhsulları çıxartmağa kömək edən xüsusi obyektlərdir.

Məhsulun Bekloqu-müştərilərə lazım olan funksiyaların siyahısıdır.Siyahı,ilk növbədə nə etmək və hansı istiqamətdə məhsulun inkişaf edəcəyini bilmək üçün məhsulun sahibi tərəfindən təşkil edilir.

Sprintin Bekloqu-öndəki həftələr  üçün vəzifələrin siyahısıdır. Siyahı, Sprint-də nəyin üzərində işləyəcəklərini bilmək üçün Komanda tərəfindən  tərtib edilir.

Məhsulun artımı-Sprintin sonunda hazır məhsuldur.Daha sonra məhsulla nə edəcəyinə qərar vərmək üçün müştərilərə göstərərək rəy toplayır.

İşi yaxşılaşdırmaq və nəticə əldə etmək üçün hər bir artefakt kömək edir.

Məhsulun Bekloqunun çörək sexində yeni pirojkilərin hazırlanmasında necə kömək etdiyinə baxaq:

Bazarda dəyişikliklər, əks əlaqələr və ya yeni fikirlər əsasında Komanda müntəzəm olaraq artefaktları yeniləyir:

Alıcılar daha şirin pirojkilər istəyirlər. Komanda bunu məhsul üçün tələblərin siyahısına yazır və növbəti Sprint-də məhsula daha çox şəkər qatır.

Biz işçilər, proseslər və alətlər üçün Skramın qaydalarını təsvir etdik. Amma Adjyalın da dəyərlərinə riayət etmək lazımdır. Yalnız o zaman:

Öz işivə məsuliyyət yaranacaq.Skramda qaydaların arxasında gizlənmək və ya günahı tabeçilikdə olanın üzərinə yükləmək olmaz;

azadlıq müdirdən sənədlərə kimi olacaq;

işçilərin şirkətin fəaliyyətinə necə təsir etdiyini anlayacaqsınız.

Ən əhəmiyyətlisi

Yadda saxla

Skram-Adjayl ruhunda iş qurmağa kömək edən bir çərçivədir.

Komanda müxtəlif sahələrdə çalışan mütəxəssislərdən toplanılır.

Skramda iş prosesi qısa Sprinlərə bölünür. Hər Sprintin sonunda görünən bir nəticə ortaya çıxır.

Nəticələrə nail olmaq üçün Komanda artefakt yaradır: Məhsulun Bekloqu, Sprintin Bekloqu, Məhsulun Artımı.

 

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 15-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.