Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 19, 7 gün — 114, ay — 458 yeni elan

Səmərəsiz hesab edilən Uber 120 milyard dollar dəyərində qiymətləndirilir. Niyə?

Səmərəsiz hesab edilən Uber 120 milyard dollar dəyərində qiymətləndirilir. Niyə? xeberler Fevral 23, 2019

Səmərəsiz hesab edilən Uber 120 milyard dollar dəyərində qiymətləndirilir. Niyə? xeberler 335

Səmərəsiz hesab edilən Uber 120 milyard dollar dəyərində qiymətləndirilir. Niyə? xeberlerBiznes xəbərlər

Səmərəsiz hesab edilən Uber 120 milyard dollar dəyərində qiymətləndirilir. Niyə? xeberler

Mülkiyyəti mobil tətbiqdən, bir neçə məlumat mərkəzindən və ofisdən ibarət olan bu şirkət, qiymətinə görə  tezliklə Ford və “Qazprom” şirkətlərini ötüb keçəcəkdir.

Uber yalnız on il əvvəl işə başladı. Bu müddət ərzində şirkət bir çox ölkədə taksinin işini dəyişib, sürücülərin kütləvi aksiyasına səbəb olub, sərnişin daşımaları və kiçik yüklərin çatdırılması üçün qiymətləri azaldıb.

Proqram, 50 milyon istifadəçinin şəxsi məlumatları  oğurluğunun qarşısını ala bilmədiyi təqdirdə, müştərilərin hərəkət trayektoriyasını izləyib. Şirkət tərəfindən tərtib edilən avtopilot, qadını vurub. Uzunmüddətli araşdırmalardan sonra məlum olmuşdur ki, o, yolda insanı gördü, lakin buna heç bir əhəmiyyət vermədi.

Şirkət indidə səmərəsiz olaraq qalmaqdadır. Bütün bunlara baxmayaraq, sərmayəçilər ona yatırımlar edirlər. Bu il Uber IPO-ya keçməyi planlayır. Maliyyə ekspertlərinə görə, şirkətin kapitallaşması 120 milyard dollar təşkil edir.

United Traders – IPO Uber-də iştirak edən sərmayəçilərdən biridir. Bəs səbəb nədir? Bu haqda danışaq.

 Uber yox, “uberizasiya”

Uber yaradıcıları yalnız yeni bir şirkəti qurmayıblar, yeni bir iş modelini təklif ediblər. Müştərilərə mal və ya xidmətlər satmaq əvəzinə mal və ya xidmətlər əldə etmək üçün xidmət təklif olunur və bu model digər bazarlara asanlıqla tətbiq oluna biləcək.

Ev kirayəsi, yükün çatdırılması, kuryer xidmətləri, təmizləmə xidmətləri və s. – bütün bu bazarlarda Uber-in obrazı üzrə bir çox xidmətlər meydana çıxmağa başladı.

Bu, bazar iştirakçılarının narazılığına səbəb olur. İstehlakçıların məmnuniyyəti isə çox yüksəkdir.

Okey, “uberizasiya” və qiymətlərin aşağı salınması, lakin bütün bunlara baxmayaraq, şirkət yenə də səmərəsiz olaraq qalmaqdadır. Bəs belə halda sərmayəçilərin bu şirkətə yatırım etməsinin səbəbi nədən ibarətdir?

Proqram şəhərləri dəyişir

Bir neçə ildən sonra, bütün avtomobillər pilotsuz olacaqlar. Hər halda buna maneə olacaq heç bir səbəb görünmür.

Bütün texniki və hüquqi məsələlər həll olunduqdan sonra, taksiçilər nəzakətlə işdən azad olunacaq. Bu, şirkətin rentabelliyinə müsbət təsir göstərəcəkdir.

Bütün bu planların daha tez bir zamanda həyata keçməsi üçün, lazımi infrastruktura ehtiyac duyulur, hansı ki daim yenilənməli və işlək vəziyyətə saxlanılmalıdır.

İdeal dünya

Hal-hazırda, diqqət mərkəzində olan əsas ideyalardan biri, taksinin “blockchain” ə köçürülməsidir. İndi nə Uber, nə də onun tərəfdaşları buna ehtiyac duymurlar. Lakin, taksiçilər yoxa çıxandan sonra, vəziyyət dəyişəcək. Belə ki, robotların və maşınların fəaliyyətini yüksək səviyyədə nizamlamaq lazım gələcək. Bu işdə “blockchain” dən yaxşı heç bir şey ola bilməz.

Buna əsasən, ödəniş sisteminin, yol hərəkəti idarəetmə sisteminin və nəhayət, yuxarıdan gələn neytral şəbəkənin mürəkkəb birləşməsinin qurulması mümkündür ki, bu da real vaxt rejimində avtopilot alqoritmlərini yaxşılaşdıraraq, yolun keyfiyyətini artıracaq.

Bundan əlavə, infrastruktur layihəsi hazırlandığı halda, şəhərin buraya kütləvi nəqliyyatın avtomatik idarəsi üzrə işləri də daxil etməsi qaçılmazdır. Və demək olar ki, eyni proseslər tezliklə başlayacaq və bu xidmətlərin toplandığı bütün bölgələrdə nəqliyyatın fəaliyyət prinsiplərini kəskin bir şəkildə dəyişəcək.

Şəhər nəqliyyatın idarə sisteminin digər informasiya konturlarına inteqrasiyasından sonra, idarəçilər öz arzularına çatmış olacaqlar.

Aqlomerasiya rəhbərliyi real vaxtda toplanan etibarlı statistik məlumatlara əsaslanaraq qərarlar qəbul edə və yurisdiksiya sahəsindəki hadisələrin təhlilini apara biləcəkdir.

Bu, futuroloqların dəfələrlə adını çəkdiyi “ağıllı şəhər” olacaqdır.

Nəticə

Ekspertlər hesab edirlər ki, Uber-in kapitallaşması təxminən 120 milyon dollar təşkil edir. Lakin, bu qiyməti hesabladıqda taksilərin sayı və qəbzin rəqəmləri nəzərə alınmamışdı.

Bu kimi təşkilatlar, heç vaxt maliyyə problemləri kimi təhlükələrdən qorxmurlar, çünki onların fəaliyyətinin dayandırılması şəhərlərin sönməsinə gətirib çıxaracaq.

 

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 23-02-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.