×+ Vakansiya yerləşdir+ CV yerləşdirBaş səhifəHaqqımızdaİstifadəçi qaydalarıSaytda reklamBizimlə çalışmaq istəyən şirkətlər üçünŞirkət hesabı nə üçün yaradılmalıdır ?VİP vakansiya nədir?Vakansiyanı irəli çəkmək nədir?Bizimlə əlaqə / Texniki dəstək

Sahibkarlar üçün dizayn edilmiş Xüsusi Bank Kartları

Sahibkarlar üçün dizayn edilmiş Xüsusi Bank Kartları xeberler Aprel 15, 2019

Sahibkarlar üçün dizayn edilmiş Xüsusi Bank Kartları xeberler 167

Sahibkarlar üçün dizayn edilmiş Xüsusi Bank Kartları xeberlerBiznes xəbərlər

Sahibkarlar üçün dizayn edilmiş Xüsusi Bank Kartları xeberler

Banker.az monitorinq qrupunun bugünkü araşdırma mövzusu sahibkarlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün nəzərdə tutulmuş Bank kartlarıdır. Bu kartların digər Bank kartlarından üstün və fərqli cəhətləri mövcuddur ki, bu yazımızda həmin məqamlara toxunmağa çalışacağıq. İlk öncə qeyd edək ki, bu kartlar bəzi banklarda yalnız debet bəzilərində isə kredit kart şəklində təklif edilir. Kart sahibkarlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki / hüquqi şəxslər üçün nəzərdə tutulduğundan kart hesabı açılması zamanı mütləq olaraq VÖEN tələb edilir. Bu tip kartlar üzrə təqdim olunan üstünlükləri ümumiləşdirərək aşağıdakı şəkildə qeyd etmək olar;

  1. Bu kartlar biznes fəaliyyəti ilə bağlı olan ödənişlərin (məs: gömrük ödənişləri) həyata keçirilməsində istifadəçilərinə bəzi güzəştlər verir.
  2. Sahibkarlara bank hesablarına 7 / 24 daim nəzarət etmək, ödənişlər və köçürmə etmək imkanı verir.
  3. Bəzi kart növlərində ATM-lərdən güzəştli nağdlaşma komissiyası tətbiq edilir.
  4. Sahibkarlara hesabatlıq sistemlərini sadələşdirməyə imkan verir.
  5. Pul dövriyyəsinin yalnız “nağdsız” formada aparılması biznes fəaliyyətinin şəffaflığını təmin edir və gələcəkdə vergi və digər dövlət orqanlarına təqdim edilən hesabatların dolğun olmasını təmin edir.
  6. Şirkət əməkdaşlarının ezamiyyə xərclərinin rahat şəkildə ödənilməsinə imkan verir və s.

Sahibkarlar üçün nəzərdə tutulmuş bank kartlarını təqdim edən Banklar və kart tarifləri aşağıdakı cədvəldə qeyd edilmişdir:

BankKartın adıValyutaKartın növüKartın müddətiKartın qiyməti
Bank of Bakuİşkart (Debet)AZN/USD/EURMC Standart / Visa Classic1 il / 2 il1 il – 8 AZN

2 il – 14 AZN

MC Gold / Visa Gold1 il / 2 il1 il – 20 AZN

2 il – 30 AZN

Paşa BankTacir Kart (Kredit)AZNMasterCard Business3 il40 AZN
Rabitə BankBizkart

(Debet)

AZN/USD/EURMC Gold1 il / 2 il / 3 il1 il – 30 AZN (20 USD/EUR)

2 il – 35 AZN (25 USD/EUR)

3 il – 45 AZN (30 USD/EUR)

MC Debit1 il / 2 il / 3 il1 il – 10 AZN / USD / EUR

2 il – 15 AZN / USD / EUR

3 il – 20 AZN / USD / EUR

Beynəlxalq BankSahibkart

(Debet)

AZNMC Standart / Visa Classic1 il10 AZN

Qeydlər:

  1. Bank of Bakunun “İşkart” məhsulunda ATM nağdlaşdırma komissiyasına 50% güzəşt tətbiq edilərək 0.5% müəyyən edilmişdir.
  2. Paşabank-ın “Tacir Kart” məhsulunda kredit xəttindən istifadə zamanı 35 günədək (növbəti ayın 5-dək) güzəşt müddəti tətbiq edilir.
  3. Beynəlxalq Bankın “Sahib kart” məhsulunda gündəlik nağdlaşma limiti 2000 AZN təşkil edir və nağdlaşma komissiyası 1.5%-dir.
biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 15-04-2019
Cv yerləşdir
Vakansiya yerləşdir