Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 3, 7 gün — 88, ay — 452 yeni elan

Rusiyada gəlirli fəaliyyət sahələrinin siyahısı açıqlanıb

Rusiyada gəlirli fəaliyyət sahələrinin siyahısı açıqlanıb xeberler Mart 28, 2019

Rusiyada gəlirli fəaliyyət sahələrinin siyahısı açıqlanıb xeberler 629

Rusiyada gəlirli fəaliyyət sahələrinin siyahısı açıqlanıb xeberlerBiznes xəbərlər

Rusiyada gəlirli fəaliyyət sahələrinin siyahısı açıqlanıb xeberler

Rusiya Federal Dövlət Statistika Xidməti (Rosstat) 2019-cu ilin yanvar ayı üzrə ölkədə ən yüksək əmək haqqı olan iqtisadi fəaliyyət sahələrini açıqlayıb.

“Rosstat”ın məlumatına görə, Rusiyada bu dövr ərzində ən yüksək orta aylıq əmək haqqı faydalı qazıntı hasilatı sahəsində qeydə alınıb – 79,4 min rubl (2,1 min manat).

Maliyyə və sığorta fəaliyyəti 77,3 min rubl (2,04 min manat) ilə ikinci, informasiya və rabitə sahəsindəki fəaliyyət isə 66,2 min rubl (1,75 min manat) ilə üçüncüdür.

“Top-5″liyi peşəkar, elmi və texniki fəaliyyət – 61,2 min rubl (1,615 min manat) və nəqliyyat və saxlama sahəsi 46,9 min rubl (1,24 min manat) tamamlayır.

Hotel və ictimai iaşə müəssisələrinin əməkdaşları 27,2 min rubl (718 manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, ovçuluq, balıqçılıq nümayəndələri 27,3 min rubl (720 manat) ən az qazananlardır.

Ümumilikdə, Rusiyada 2019-cu ilin yanvar ayında orta aylıq əmək haqqı 42,2 min rubl (1,11 min manat) təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 8,3% çoxdur.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 28-03-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.