×+ Vakansiya yerləşdir+ CV yerləşdirBaş səhifəHaqqımızdaİstifadəçi qaydalarıSaytda reklamBizimlə çalışmaq istəyən şirkətlər üçünŞirkət hesabı nə üçün yaradılmalıdır ?VİP vakansiya nədir?Vakansiyanı irəli çəkmək nədir?Bizimlə əlaqə / Texniki dəstək

Rusiyada ən təhküləli peşələrin siyahısı

Rusiyada ən təhküləli peşələrin siyahısı xeberler Aprel 24, 2019

Rusiyada ən təhküləli peşələrin siyahısı xeberler 224

Rusiyada ən təhküləli peşələrin siyahısı xeberlerBiznes xəbərlər

Rusiyada ən təhküləli peşələrin siyahısı xeberler

Rusiyanın Əmək və Məşğulluq Fedral Xidməti (Rostrud) ölkədə peşəkar fəaliyyətin ən təhlükəli sferalarının adını açıqlayıb.

Bu haqda RT məlumat yayıb.

Reytinq 2018-ci ildə bədbəxt hadisələr nəticəsində ölən insanlar nəzərə alınaraq tərtib olunub. Qeyd edilir ki, reytinqin birinci pilləsində tikinti sferası dayanır. Əmək istehsalında vəfat edən insanların 21%-i məhz tikintinin payına düşür.

Reytinqin ikinci pilləsində emal edən istehsal sahələri (17%), 3-cü yerdə kənd, meşə təsərrüfatı, balıqçılıq, balıq yetişdirmə (13%) təşkil edir. Ölkədə 2018-ci ildə istehsal prosesində bədbəxt hadisələrdə vəfat edən insanların sayı 5,4 min olub.Reytinqin tərtibatçıları bildirir ki, baş verən bədbəxt hadisələrin yarısından çoxu (55%) məhz müəssisələrdə əmək fəaliyyətinin pis təşkilinə görə olub.

Qeyd edək ki, daha əvvəl Rusiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi məşğulluq xidmətinin vasitəsilə insanların daha asan iş tapdığı peşələrin adlarını elan etmişdi.

Reytinqin birinci pilləsinə həkimlər və orta tibbi personal daxil olub. Reytinqin ikinci pilləsində isə tikinti, qida, taxta emal edən istehsal sahələri-dülgər, tekstil, toxuculuq, tikiş sənayesi, həmçinin elektronika, elektrotexnika, metal emal edən və maşınqayırma istehsalı daxildir.

Reytinqdə iş axtarışının sürətinə görə, mühafizə xidməti 3-cü yerdə qərarlaşıb. Vurğulanır ki, ixtisassız işçilər uzun zamandır ki, iş axtarışındadırlar.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 24-04-2019
Cv yerləşdir
Vakansiya yerləşdir