Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 19, 7 gün — 114, ay — 458 yeni elan

Rusiyada ən böyük internet mağazaların Top 100-ü

Rusiyada ən böyük internet mağazaların Top 100-ü xeberler Aprel 09, 2019

Rusiyada ən böyük internet mağazaların Top 100-ü xeberler 248

Rusiyada ən böyük internet mağazaların Top 100-ü xeberlerBiznes xəbərlər

Rusiyada ən böyük internet mağazaların Top 100-ü xeberler

“Data Insight” şirkəti növbəti “E-Commerce Index TOP-100” reytinqini elan edib.

Reytinqə 2018-ci ildə onlayn satışların həcminə görə, Rusiyanın ən böyük mağazalarının TOP 100-yü daxil olub.

Reytinqdə birinci yeri 111,2 milyard rubl həcmində dövriyyəsi ilə “Wildberries” tutub. 2017-ci illə müqayisədə artım 74% olub. Sifarişlərin həcmi 82% artaraq 72,5 milyon rubla çatıb. Amma ortalama qəbz 4%, 1530 rubla qədər azalıb. Reytinqin ikinci pilləsində 2017-ci ildə olduğu kimi “Citilink” onlayn mağazası qərarlaşıb. Onun satışları 33%, 73,2 milyard rubla qədər artıb. Sifarişlərin həcmi 32% və ya 7,67 milyon rubl, ortalama qəbz isə 1%, 9540 rubla qədər artıb.

 

Reytinqin 3-cü pilləsində isə “Mvideo” onlayn mağazası qərarlaşıb. Onun satışları 46% və ya 52,8 milyard rubla qədər artıb. Sifarişlərin həcmi 30%, 4,59 milyon rubla qədər, ortalama qəbz isə 12% 11 500 rubla qədər böyüyüb. Reytinqin TOP-10-ğuna, həmçinin “Ozon”, “DNS”, “LaModa”, “Eldorado”, “Svyaznoy”, “TechnoPoint”, “Petroviç” kimi onlayn mağazalar da daxil olmağı bacarıb.

Reytinqin hazırlanması zamanı, yığılan informasiyalar kompleks metodikaya əsaslanır. Həmçinin reytinqin tərtib olunması zamanı onlayn-mağazaların nümayəndələri ilə də dəqiqləşdirmələr aparılıb.

Qeyd etmək yerinə düşər ki, reytinq onlayn mağazalarının satışlarının və sifarişlərin həcmi nəzərə alınaraq tərtib olunub.

 

 
  
 
biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 09-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.