Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 19, 7 gün — 114, ay — 458 yeni elan

Putin azərbaycanlı iş adamlarına göstəriş verib

Putin azərbaycanlı iş adamlarına göstəriş verib xeberler Aprel 04, 2019

Putin azərbaycanlı iş adamlarına göstəriş verib xeberler 174

Putin azərbaycanlı iş adamlarına göstəriş verib xeberlerBiznes xəbərlər

Putin azərbaycanlı iş adamlarına göstəriş verib xeberler

Rusiya prezidenti Vladimir Putin ölkə hökumətinə və Federal Təhlükəsizlik Xidmətinə göstəriş verib ki, kölgə pul və mal dövriyyəsinin tənzimlənməsi üzrə tədbirlər planı hazırlansın. İlk növbədə, bu, “Sadovod”, “Food City” bazarlarına və “Moskva” ticarət-sərgi kompleksinə aiddir. Onların sahibləri azərbaycanlı iş adamları, milyarderlər Qod Nisanov və Zarax İliyevdir.

Vladimir Putin bu göstərişi Mərkəzi Bankın başçısı Elvira Nabiullinadan məktub aldıqdan sonra verib. Həmin məktubda “boz” idxalatın maliyyələşdirilməsinin və Rusiyanın ən iri bazarları vasitəsilə vəsaitlərin sərhəddən çıxarılmasının təfərrüatları əksini tapıb. “Boz” idxalatın ödənişində və leqallaşmasında iştirak edə biləcək bazarların dövriyyəsi aylıq ən azı 10 milyard rubl təşkil edir.

Mənbənin verdiyi məlumata əsasən, Nabiullina məktubunda vergidən yayınmaq məqsədilə tətbiq edilən qanunsuz sxemlər barədə bildirib və qeyd edib ki, həmin sxemlər aşağıdakı ticarət nöqtələrində həyata keçirilib: Moskvada “Sadovod”, “Moskva” və “Food City” bazarları, Sankt-Peterburqda “Sofiya tərəvəz bazası”, Yekaterinburqda “Taqanski ryad” və “Novomoskovski”, Novosibirskdə “Nord City Mall” və “Drujba”, Ufada “Yujnı”, Omskda “Torqovı qorod” və Dağıstanda “Xasavyurt bazarı”.

Nabiullina göstərib ki, pulların çıxarılması bazarların, Çin və Vyetnamdan idxalatın gətirildiyi Qırğızıstan və Qazaxıstandakı ticarət anbarlarının yaxınlığında yerləşən banklar vasitəsilə həyata keçirilib. Mərkəzi Bankın rəyinə görə, məhz bu, ölkələr arasında mal dövriyyəsi üzrə gömrük statistikasındakı uyğunsuzluğu izah edir.

O da qeyd olunur ki, adıçəkilən ticarət nöqtələrində əməkdaşlar nəzarət-kassa texnikasından istifadə etmir, halbuki, həmin texnika orada mövcuddur və vergi orqanlarında qeydiyyatdan keçib.

Yanvarın ortalarında Mərkəzi Bank banklar üçün xaricə pul çıxarılması ilə bağlı şübhəli əməliyyatların aşkarlanması üçün metodiki tövsiyələr hazırlamışdı. Əlamətlərdən biri – nəzarət-kassa aparatlarından istifadə edilməyən ticarət nöqtələrinin yaxınlığında yerləşən banklar vasitəsilə köçürmələrdir.

Qeyd edək ki, Qod Nisanov və Zarax İliyev “Kiyevskaya ploşad” developer şirkətinin sahibidirlər və bu şirkətə “Sadovod”, “Food City” bazarları, “Moskva” yarmarkası, “Yujnıye vorota”, “Yevropeyski” TM, “Ukrayna” mehmanxanası daxildir. Hər iki iş adamı “Çerkizovo” bazarının sahibi olublar. Qod Nisanov “Moskva-City” beynəlxalq iş mərkəzinin bir hissəsinə malikdir.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 04-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.