Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 19, 7 gün — 132, ay — 472 yeni elan

Petkimin aktivləri 62% artıb

Petkimin aktivləri 62% artıb xeberler Mart 04, 2019

Petkimin aktivləri 62% artıb xeberler 370

Petkimin aktivləri 62% artıb xeberlerBiznes xəbərlər

Petkimin aktivləri 62% artıb xeberler

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə () məxsus olan “Petkim (Petrokimya) Holding A.Ş” 2018-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.

Şirkətdən “Report”a verilən məlumata görə, ötən il “Petkim”in xalis mənfəəti 872 mln. Türkiyə lirəsi (TRY) təşkil edib.

2018-ci ildə “Petkim”in dövriyyəsi 9,3 mlrd. TRY olub. Şirkətin aktivləri 62% artaraq 12,6 mlrd. lirəyə çatıb.

“Petkim”in faiz, amortizasiya və vergidən əvvəlki mənfəəti 1,523 mlrd. TRY olub. 2018-ci ildə “Petkim”in məhsullarının satışı 1,8 mln. ton təşkil edib ki, bunun da 939 min tonu Türkiyə bazarında satılıb, 880 min tonu isə ixrac olunub.

“Petkim”in baş direktoru Anar Məmmədov bildirib ki, 2018-ci il rəhbərlik etdiyi şirkət üçün uğurlu il olub: “Dünyada qlobal iqtisadi dalğalanmaların olduğu 2018-ci ildə biz məhsuldarlığa yönəlib, uzunmüddətli planlar quraraq göstəriciləri müsbətə çevirə bildik, qlobal və daxili dəyişiklikləri yaxından izlədik. Bazarın və müştərilərin tələblərini əvvəlcədən gördük və tələblərə cavab verdik. İdxalçıların çətinlik çəkdiyi şərtlərdə belə yerli istehsalçıları xammalla təmin edərək iqtisadiyyata töhfə verməyə davam etdik. Planlaşdırılmış texniki baxım işləri 63 günlük nəzərdə tutulsa da 53 gün ərzində başa çatdırıldı”.

Xatırladaq ki, 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı SOCAR olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 04-03-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.