Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 26, 7 gün — 125, ay — 470 yeni elan

Pepsi Yer kürəsinin orbitində reklam yerləşdirəcək

Pepsi Yer kürəsinin orbitində reklam yerləşdirəcək xeberler Aprel 16, 2019

Pepsi Yer kürəsinin orbitində reklam yerləşdirəcək xeberler 113

Pepsi Yer kürəsinin orbitində reklam yerləşdirəcək xeberlerBiznes xəbərlər

Pepsi Yer kürəsinin orbitində reklam yerləşdirəcək xeberler

Rusiyanın “StartRocket” şirkəti, “orbital bilbord” layihəsi üçün ilk müştərisini tapıb: bu, Amerikanın “Pepsi” şirkəti olacaqlar. Reklam Yer kürəsinin orbitində peyklər vasitəsilə nümayiş olunacaqdır.

Yollar boyunca reklam plakatlarını görəndə əsəbləşirsiniz? Bu, heç nədir. “StartRocket” şirkəti reklamı yeni bir səviyyəyə – göy üzünə qaldırmağı planlayır. Layihə 2021-ci ildə realizə olunacaq.

“StartRocket” in ilk müştərisi isə Amerikanın “PepsiCo” korporasiyası olacaqdır. O, göy üzündə istehsal etdiyi məhsullardan biri olan Adrenaline Ruch enerji içkisini reklam edəcəkdir.

Bir nümayişin müddəti altı dəqiqəyə qədər davam edəcək, peyklərin uçuş hündürlüyü isə 400-500 kilometr təşkil edəcək. Müqavilənin dəyəri açıqlanmır, lakin məlum olmuşdur ki orbital lövhənin səkkiz saatlıq işi 20 000 dollara başa gələcək.

Əlbəttə ki, göy üzündə reklamın yerləşdirilməsi ilə bağlı planlar müxtəlif tərəflərdən olduqca gözlənilən tənqidlərlə üzləşmiş olub. Birincisi, heç kim bezdirici reklama baxmaq istəmir. İkincisi, alimlərin fikrincə, bu, kosmik aparatların bir-biri ilə toqquşmasının ehtimalını yüksəldir.





biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 16-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.