×+ Vakansiya yerləşdir+ CV yerləşdirBaş səhifəHaqqımızdaİstifadəçi qaydalarıSaytda reklamBizimlə çalışmaq istəyən şirkətlər üçünŞirkət hesabı nə üçün yaradılmalıdır ?VİP vakansiya nədir?Vakansiyanı irəli çəkmək nədir?Bizimlə əlaqə / Texniki dəstək

Nissan şirkətinin direktorlar şurasının sədri Karlos Qonu öz vəzifəsindən azad ediblər

Nissan şirkətinin direktorlar şurasının sədri Karlos Qonu öz vəzifəsindən azad ediblər xeberler Aprel 09, 2019

Nissan şirkətinin direktorlar şurasının sədri Karlos Qonu öz vəzifəsindən azad ediblər xeberler 151

Nissan şirkətinin direktorlar şurasının sədri Karlos Qonu öz vəzifəsindən azad ediblər xeberlerBiznes xəbərlər

Nissan şirkətinin direktorlar şurasının sədri Karlos Qonu öz vəzifəsindən azad ediblər xeberler

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Nissan” şirkətinin səhmdarları şirkətin direktorlar şurasının sabiq sədri Karlos Qonu bu rəhbər orqanın tərkibindən çıxarıblar. Bununla K.Qon təqribən 20 illik fəaliyyətdən sonra şirkətdə tutduğu bütün vəzifələrdən azad edilib.

Bu barədə qərar şirkətin səhmdarlarının növbədənkənar toplantısı zamanı qəbul edilib. “Nissan” şirkətinin prezidenti və baş direktoru Hiroto Saykava K.Qona qarşı irəli sürülən maliyyə pozuntuları və digər ittihamlarla əlaqədar baş verən qalmaqala görə səhmdarlardan üzr istəyib.

H.Saykava bildirib ki, bu pozuntuların dərəcəsindən asılı olmayaraq, şirkətin köhnə və yeni rəhbərliyi, həmçinin o özü bu hadisəyə tam məsuliyyətlə yanaşır. H.Saykava vurğulayıb ki, şirkətin rəhbərliyi cəmiyyətin inamını bərpa etmək üçün səylə çalışacaq.

Səhmdarlardan bir neçəsi çıxış edərək baş verənlərə görə şirkət rəhbərliyinin məsuliyyət daşıdığını qeyd edib.

Toplantıda “Renault” şirkətinin direktorlar şurasının sədri Jan Dominik Senar şirkətin direktorlar şurasının üzvü seçilib. Bununla da, öz tarixində Karlos Qonsuz yeni səhifəni açmağa çalışan “Nissan” şirkətində idarəetmənin yenidən qurulması başa çatdırılıb.

Toplantıda, həmçinin K.Qonun keçmiş köməkçisi, maliyyə pozuntularında ittiham edilən Qreq Kelli də tutduğu vəzifədən azad edilib.

Həm K.Qon, həm də Q.Kelli onlara qarşı irəli sürülən ittihamları rədd edirlər.

 

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 09-04-2019
Cv yerləşdir
Vakansiya yerləşdir