Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 32, 7 gün — 145, ay — 550 yeni elan

Networking – kimə yaxın, kimə uzaq olaq?!

Networking – kimə yaxın, kimə uzaq olaq?! xeberler Aprel 15, 2019

Networking – kimə yaxın, kimə uzaq olaq?! xeberler 133

Networking – kimə yaxın, kimə uzaq olaq?! xeberlerBiznes xəbərlər

Networking – kimə yaxın, kimə uzaq olaq?! xeberler

Müəllif: Rafiq Hunaltay

Networking – haqqında qısa deməli olsaq, o əlaqələri dəyərə çevirmək alətidir. Networking əlaqələrdən formalaşan çevrənizdir. Ona görə də elə Networking sözünü kobud mənada çevrə sözü ilə əvəz edə bilərik. Bu yazıda Azərbaycanda Networking üsulları, onu uğurlu və uğursuz yollarından, abırlı və abırsız formada tətbiq edənlərdən və parallel olaraq da onu edib kimsənin hiss etmədiyini düşünənlərdən yazacam.

Siz özünüz də bir zamanlar cızdığınız çevrənin nəticəsisiniz

Bəli, hər kəs öz çevrəsini özü cızır. Əslində bizim bugünümüz daha əvvəldən şüurlu və ya təsadüfi yolla cızdığımız çevrəmizin nəticəsidir. Özümüz də bilmədən hansısa mühitdə hansısa insanlarla qarşılaşmışıq və onların bizim gələcəyimizi cızmaqda böyük rolları olub. Şəxsən mən indi oturub təhlil edəndə 2 şeydə “bəxtimin” gətirdiyini düşünürəm. Məktəb vaxtı akademiyadan məktəbimizə gəlmiş müəllimlərin Networking-inə daxil olmağım və universitet vaxtı yazarlıq karyeram və marketinqi mənə sevdirən 2 şəxs. Bu səbəbdən artıq universiteti bitirəndə 3 fərqli istiqamətdə çevrəm var idi –  1) Millətçi, vətənpərvər və çox savadlı müəllimlər 2) Qəzetlərdə yazarkən tanış olduğum dəyərli insanlar 3) marketinqlə bağlı yaranan çevrəm. Bir-birindən fərqli bu 3 çevrə mənə həyatı daha əyləncəli, bəzən daha gərgin və daha prinsipial edirdi. Diqqətlə təhlil edəndə görürəm ki, bugün də əslində o 3 istiqaməti dərinləşdirməklə məşğulam. Tariximizə, kimliyimizə aid davamlı araşdırmalar edir, oxuyur və bu istiqamətdə nələrsə etmək üçün əlimdən gələni edirəm, yeni insanlarla tanış oluram və bu mənə mənəvi zövq verir. Marketinq və bizneslə bağlı işlərimdə 2006-cı ildən bu yana formalaşmış minlərlə insandan ibarət çevrə – forumlar, sayt, bloqerlik, ən böyük qapalı marketinq qrupu və s. Bu da öz növbəsində mənə əlavə həyəcan qatır. 3-cü də yazarlıqdır ki, bu mənə oxuma alışqanlığı verib. Şükürlər olsun ki, son illər davamlı şəkildə kitabxanamı zənginləşdirir, bir gün belə ən az 30 səhifə oxumadan yatmıram. Bu mənim mənəvi qidamdır, kitab səhifəsinin ətri məni valeh edir.

Bunları oxuduqca yəqin Siz də öz çevrənizi təhlil etməyə başladınız. Bəlkə də təhlil edə-edə bir çox şeyə ilk dəfə belə diqqət yetirdiyinizin fərqinə vardınız. İnsanın əlaqələri onun sahib olduğu ən böyük sərvətdir. Amma bu əlaqələri biznes nöqteyi-nəzərdən necə dəyərləndirməliyik? Uzun girişimin məqsədi bu suala cavab tapmaqdır. Elə isə başlayaq…

Networkünüz yekcins olmamalıdır

Əks-halda Siz mənfəətcil biri kimi tanınacaqsınız. Məsələn, baxırsan ki, biri bankda işləyir, bütün həyatı və çevrəsi bankdır. Dostları ancaq bankirlər, əsasən də öz işlədiyi yer, sosial həyatının ortasında da bank var. Hətta hobbiləri belə bankla əlaqəlidir. Bu səmimi gəlmir, səmimi ola da bilməz. Ətraf üçün də xoş təsir bağışlamır. Bu durum kobud desək, sevdiyi adama xoş gəlmək məqsədilə O, rokçudursa rokçu, dindardısa dindar olmağa çalışan, elə görünməyə can atan sevgililərə bənzəyir. Ayrılan kimi də tam əksi hərəkətlər. Bu tip çevrəsini təbii olaraq cızanlar belə bir müddət sonra bu durumdan ciddi narahat olur, sıxılırlar. Həmişə sərbəst və özü kimi ola bilməmək yorur. Odur ki, çalışın fərqli sahələrdən formalaşdırın çevrənizi. Bu Sizə bir işin stressini o biri məşğuliyyətinizlə atmağa imkan verəcək və sizi daha çox rahatladacaq.

Networking təkcə faydalanmaq deyil, həm də fayda verməkdir

Bəli, başqa sözlə desək, həmişə alməmməd olmaq olmaz, heç olmasa, arada verməmməd də olmalısınız. Verən əliniz olmalıdır. Ancaq mənfəət güddüyünüz adamlarla kontaktda olmaq, ancaq işiniz düşəndə birbaşa və dolayı yolla bunu hiss etdirməməlisiniz. Əmin olun ki, ancaq işiniz düşəndə yadınıza düşən adamlar özləri də Sizin bu durumunuzu əla bilir və bir müddət sonra tədricən öz çevrəsindən kənarlaşdırır. Nəinki Networking qaydası kimi, ümumiyyətlə həyat prinsipi olaraq həmişə kimin üçünsə heç bir təmənna güdmədən əziyyət çəkməkdə, yardım etməkdə, onun işi aşsın deyə dəstək olub kiməsə ağız açmaqda çəkinməmək lazımdır. Bugün imkanınız varsa, edin. Sabah da Sizə edəcəklər. İlahi ədalət var və o nə zaman təcəlli edəcək, kimin vasitəsilə edəcək onu heç bilmək olmaz. Hər-bir insanın şəxsi arealına girməyə icazə verdiyi dostları və iş dostları var. Azərbaycanda bu ikisini qarışdıran xeyli sayda insan var. Şəxsi dost kimi görünüb ancaq iş, karyera mənafeyi güdənlərdən tutmuş, iş əsnasında tanış olub şəxsi dostluğa doğru sürətlə gedənlər də var. Şəxsən mənim üçün ancaq işi düşəndə və ya nəsə lazım olanda “çoxdandı danışmırıq, görüşmürük, biz ümumiyyətlə niyə əlaqə saxlamırıq” kimi vid verən adamların sadəcə ötəri tanış qədər dəyəri var. Amma bir daha qeyd edim ki, şəxsi zəmində səmimi, dost kimi görünmək istəyib bundan sui-istifadə edənləri nəzərdə tuturam. Amma belə ümumən iş mühitində yaranmış çevrələrdən o cür səmimiyyət gözləmək özü düz deyil, o cür adamların da Sizi ancaq işlə bağlı narahat etməsi çox təbiidir. Mən birincilərə qıcığam 

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 15-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.