Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 19, 7 gün — 114, ay — 458 yeni elan

NASA-nın texnikləri Mars 2020 Rover Mars 2020 Rover

NASA-nın texnikləri Mars 2020 Rover Mars 2020 Rover xeberler Aprel 24, 2019

NASA-nın texnikləri Mars 2020 Rover Mars 2020 Rover xeberler 129

NASA-nın texnikləri Mars 2020 Rover Mars 2020 Rover xeberlerBiznes xəbərlər

NASA-nın texnikləri Mars 2020 Rover Mars 2020 Rover xeberler

NASA-nın texnikləri yeni marsoxodun – “Mars 2020 Rover” kosmik aparatının yığılmasını başa çatdırıblar və onun sınaqlarının final mərhələsinə başlayıblar. Bu məlumat Space.com saytının ABŞ-ın Pasadina şəhərində yerləşən Reaktiv Hərəkət Laboratoriyasının nümayəndələrinə istinadla yaydığı xəbərində yer alıb.

Laboratoriyanın nümayəndəsi Devid Qryuel bildirib ki, sınaq və tamamlama işləri 2020-ci ilin iyuluna qədər davam edəcək. Onun sözlərinə görə, qarşıdakı aylarda montaj işlərinin keyfiyyəti yoxlanılacaq, habelə yürüş, akustik və digər sınaqlar keçiriləcək. Kosmik aparat bir həftə ərzində kosmosda olan bütün şəraitin yaradıldığı termobarokamerada qalacaq.

Altı təkərli və avtomobil böyüklüyündə olan bu elmi laboratoriyanın uzunluğu cəmi 3 metr, eni 2,7 metr, hündürlüyü isə 2,2 metrdir. Kosmik aparatın çəkisi 1050 kiloqramdır. Onun hazırlanmasında 2012-ci ildə Marsa göndərilmiş və hələ də orada öz missiyasını yerinə yetirən “Curiosity” aparatının detallarından istifadə olunub. Kosmik aparatın hissələrinin bir neçəsi Fransa, İspaniya və Norveçdə hazırlanıb. “Mars 2020”nin kosmosa buraxılması üçün Kanaveral burnundakı kosmodromda “Atlas-5” raketdaşıyıcısından istifadə edilməsi nəzərdə tutulur. Aparatın Marsın səthinə enməsi 2021-ci ildə – Qırmızı planetdəki 45 kilometr diametri olan Cezero kraterində həyata keçiriləcək.

NASA bildirib ki, kosmik aparatın missiyasının əsas səbəbi Marsda həyat əlamətlərinin tapılmasıdır. Belə ki, “Mars 2020” planetin geoloji quruluşunu, atmosferinin tərkibini öyrənəcək, onun təbii ehtiyatlarını və gələcəkdə buraya gələcək insanların qarşılaşacağı təhlükələri araşdıracaq. Məsələn, kosmik aparatın göyərtəsində Marsın atmosferindəki oksigenin səviyyəsini ölçmək üçün xüsusi cihaz quraşdırılıb. Bundan başqa, aparat Marsın səthindən torpaq nümunələri götürəcək və onlar gələcəkdə Yerə çatdırılacaq.

NASA Marsa ilk pilotlu kosmik gəmini isə 2030-cu illərdə göndərməyi planlaşdırır.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 24-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.