Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 23, 7 gün — 125, ay — 477 yeni elan

Microsoft əşyaların internetinə 5 milyard dollar yatırım edib

Microsoft əşyaların internetinə 5 milyard dollar yatırım edib xeberler Aprel 19, 2019

Microsoft əşyaların internetinə 5 milyard dollar yatırım edib xeberler 165

Microsoft əşyaların internetinə 5 milyard dollar yatırım edib xeberlerBiznes xəbərlər

Microsoft əşyaların internetinə 5 milyard dollar yatırım edib xeberler

“Microsoft” şirkəti iri “Express Logic” əməliyyat sistemləri təchizatçısını alması barədə xəbər verib. Əməliyyatın məbləği açıqlanmayıb. Şirkətdən həmçinin açıqlama veriblər ki, əşyaların interneti ( İnternet of Things ) inkişafına 5 milyard dollar qoyulub.

“Microsoft” “Express Logic” şirkətini almağı düşünür. O “İoT” üçün olan real vaxt əməliyyat sistemləri bazarında liderdir. “Express Logic ThreadX” əməliyyat sistemi dünya üzrə ən böyük “RTOS” – lardan biridir – sistemin 6,2 milyarddan çox yerləşdirmələri var.

Analitiklər “ThreadX”-in məşhurluğunu, əksəriyyəti təhlükəsizlik tələb edən məhdud resurslu sistem üçün olan “RTOS”-a istəklərin çox olması ilə əlaqələndirir. “Express Logic” şirkətinin təchizatı 64 KB-dan da az flash- yaddaşı olan  cihazlarda da mümkündür.

“Micrososft”-da ümid edirlər ki, bu sistemin alışı “milyardlarla yeni qoşulma nöqtələrinə girişi təmin edəcək”, “Azure-a sərbəst qoşula bilən cihazların sayının artmasına” kömək edəcək və “yeni intelektual imkanlar” yaradacaq.

Bundan başqa, “Microsoft”-da bildiriblər ki, 4 il ərzində əşyaların internetinə 5 milyard dollar yatırım ediblər. Pulların yarısı şirkətin “İoT” sahəsindən olan məhsullarına ayrılacaq. Belə ki, bunlar da “Azure Sphere”, “Azure Digital Twins”, “Azure İoT Edge” və başqalarıdır. Qalanını isə “DJI” dronları və “SAP”, “PTC” proqram təminatları istehsalçıları, həmçinin Karnegi Mellona universiteti ilə tərəfdaşlığın inkişaf etdirilməsinə xərcləyəcəklər. Təşkilat  İT sahəsində yeniliklər etməklə məşğuldur. Pullar eyni zamanda münasib aktivlərin alınmasına da istifadə olunacaq.

“İoT” sensorları hal-hazırda praktiki olaraq, sənaye avadanlıqlarından tutmuş istehlak qurğularına qədər hər şeydə tətbiq olunur. Eyni zamanda  belə cihazlar çox vaxt buluda qoşulur. “Gartner”-in proqnozuna görə, 2020-ci ilə dünyada 20 milyarddan çox qoşulma cihazı olacaq.

 

 

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 19-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.