×+ Vakansiya yerləşdir+ CV yerləşdirBaş səhifəHaqqımızdaİstifadəçi qaydalarıSaytda reklamBizimlə çalışmaq istəyən şirkətlər üçünŞirkət hesabı nə üçün yaradılmalıdır ?VİP vakansiya nədir?Vakansiyanı irəli çəkmək nədir?Bizimlə əlaqə / Texniki dəstək

Mark Instagram yaradıcıları arasında konfilikt

Mark Instagram yaradıcıları arasında konfilikt xeberler Aprel 22, 2019

Mark Instagram yaradıcıları arasında konfilikt xeberler 250

Mark Instagram yaradıcıları arasında konfilikt xeberlerBiznes xəbərlər

Mark Instagram yaradıcıları arasında konfilikt xeberler

Ötən ilin sentyabr ayında “Instagram”ın yaradıcı baniləri Kevin Sistrom və Mayk Kriqerşirkəti tərk etdilər. Sistrom və Kevin mehriban şəkildə şirkət ilə vidalaşdılar və elan etdilər ki, onlar sadəcə dincəlmək istəyirlər. Amma KİV isə şirkətdən getməsi ilə bağlı yazırdı ki, onların getməsinə 2012-ci ildə fotohostinqi alan “Facebook” şirkətinin rəhbəri Mark Zuckerberq məcbur edib.

“Wired” nəşri yazır ki, buna səbəb adi paxıllıq ola bilər.

“Biz maraq dairəmizin və kreativliyimizin sərhədini araşdırmaq üçün bir az istirahət etməyi planlaşdırırıq. Yeni layihələrin icrası geri addım atmağı tələb edir. Biz başa düşməliyik ki, fəaliyyət üçün nə bizi ilhamlandırır və dünyaya nə lazımdır”, – deyə proqramist əlavə etmişdi. Amma həmin vaxt aydın oldu ki, populyar fotoplatformanın yaradıcılarının gedişini heç də hamı birmənalı qarşılamayıb. Mətbuatda tez-tez bildirilirdi ki, Sistrom ilə Kriqerin getməsinə səbəb, “Facebook”un rəhbəri Mark Zuckerberq ilə Sistrom və Kriqer arasındakı konflikt səbəb olub.

“Bloomberg” isə iddia edirdi ki, Zukerberqin “Instagram”ın işinə gündəlik müdaxiləsi heç də yaradıcıların xoşuna gəlmirdi. Belə ki, onlar daha əvvəllər platformanı müstəqil idarə edirdilər. Aylar keçəndən sonra Sistrom sirri açdı və elan etdi ki, onların “Facebook”dan getmələrinə böyük səbəbləri olub.

“Əgər sən gedirsənsə, buna sənin səbəblərin olur. Hər şeyin yaxşı olduğu iş yerindən heç kim ayrılmır”, – deyə proqramist Zukerberq ilə aralarında olan konflikt barəsində deyib.

İndi isə “Wired” nəşri “Facebook”un 65 indiki və keçmiş əməkdaşlarının sözlərinə istinadən yazır ki, Sistrom və Kriqerin şirkətdən gedişinə səbəb Mark Zukerberqin kənardan onlara olan paxıllığı səbəb olub. Bildirilir ki, “Facebook” rəhbərinin ona qarşı olan belə münasibətindən xəbərdar idi. Başqa bir mənbə isə Sistrom ilə Zukerberq arasındakı ziddiyyətin səbəbini “Instagram”ın uğuru ilə əlaqələndirib. Bildirilib ki, platforma stabil şəkildə artıb. Bu hadisələr isə “Facebook”un uğursuzluğu fonunda baş verirdi. Platforma artıq öz populyarlığını itirirdi.

“Instagram” 2012-ci ildə 1 milyard dollara alınıb. Həmin dövr üçün 13 əməkdaşı olan şirkətə 1 milyard dollar vermək böyük rəqəm hesab olunurdu. Daha sonra məlum oldu ki, dünyanın ən tez böyüyən platforması üçün 1 milyard dollar çox az rəqəm idi. Öncələr “Facebook” “Instagram”ın fəaliyyətini qürurla müşahidə edirdi, amma daha sonra bu qürur paxıllığa çevrildi. Sanki şagird öz uğurları ilə müəllimini üstələmişdi. Bəzi rəhbərlər hesab edirdi ki, “Instagram” “Facebook”un inkişaf etməsinə mane olur.

Bildirilir ki, bir dəfə Zukerberq bütün mümkün üsulların siyahısını hazırlamağı xahiş edib. Söhbət “Facebook”un dəstək olduğu-reklam, kross-ssılka, hər iki platforma üzrə dostların axtarışı və s. Daha sonra o “Instagarm”ın yaradıcılarına bildirdi ki, platforma ana şirkət tərəfindən gələn istənilən dəstəkdən imtina edir. Beləliklə, Zukerberq platformanın inkişafını dayandırmaq haqqında düşünürdü.

Bu situasiyada Sistromun mətbuata müsahibələri, jurnal qabıqlarına olan rəsmləri də mühüm rol oynadı. Məlumdur ki, Zukerberq belə bir anda onun belə nüfüzlu nəşrlərə müsahiblər verməsini qadağa etdi. Bu işdə, Markın, həmçinin onun sağ əli olan Şeril Sendberqin də əli oub. Bir çox əməkdaş isə bunu Kevin Sistromun qanadlarını kəsmək cəhdi kimi qiymətləndirib.

Bundan sonra, Zukerberq “Instagram”a olan dəstəyini geri çağırdı və Sistrom isə məzuniyyətə çıxdı. Həmin vaxt fotoplatformanın hər iki yaradıcısı kompaniyadan həmişəlik getmək haqqında qərar qəbul etdilər. Kevin Sistorm və Mayk Kriqer “yaxşı oğlanları” oynamağa başladılar və öz gedişlərinin arxasında qalmaqalın olduğunu bildirmədilər. Daha sonra onların yerini alacaq Adam Mosseri ilə birlikdə foto çəkdirdilər və dostcasına məktub yazdılar. Bildirdilər ki, onlar proqramist fəaliyətləri üçün darıxıblar. Çoxdan istəyirdilər ki, belə bir qərar versinlər.

Lakin bütün bu baş verənlərdən nəticə çıxarmaq üçün güclü analtik olmağa ehtiyac yoxdur. Belə ki, onların yeni faəliyyət axtarışları məcburi qərarın nəticəsi idi.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 22-04-2019
Cv yerləşdir
Vakansiya yerləşdir