Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 19, 7 gün — 132, ay — 542 yeni elan

Mahabis: hüquqşunas zövqlü ev başmaqları hazırladı və üç il ərzində 18 mln. dollarlıq satış etdi

Mahabis: hüquqşunas zövqlü ev başmaqları hazırladı və üç il ərzində 18 mln. dollarlıq satış etdi xeberler Aprel 15, 2019

Mahabis: hüquqşunas zövqlü ev başmaqları hazırladı və üç il ərzində 18 mln. dollarlıq satış etdi xeberler 82

Mahabis: hüquqşunas zövqlü ev başmaqları hazırladı və üç il ərzində 18 mln. dollarlıq satış etdi xeberlerBiznes xəbərlər

Mahabis: hüquqşunas zövqlü ev başmaqları hazırladı və üç il ərzində 18 mln. dollarlıq satış etdi xeberler

Ev başmaqları bazarı ildə 4 milyard dollar dəyərində qiymətləndirilir. Eyni zamanda onların dizaynı onilliklər ərzində dəyişməyib. Londondan olan iş adamı, ev başmaqlarını daha cəlbedici və praktik etmək üçün yeni model  hazırlayıb və üç il ərzində yarım milyon cüt satıb.

Təqdimat

  • Veb səhifə: mahabis.com
  • Başlanğıc ili: 2014 il
  • Biznes bu gün: 2017-ci ildə 15 milyon dollarlıq dövriyyə
  • İşçi heyəti : təxminən 50
  • İşi başlayanda qurucuların yaşı: 32
  • Təsisçilərin əvvəlki fəaliyyəti: SMM agentliyinin sahibi

İmkan

Ev başmaqları- inanılmaz rahat ayaqqabılardır. Ancaq belə «köhnə» görünən  ayaqqabılarda da bəzi şeylərin  yaxşılaşdırılması mümkündür.

Birincisi, ev başmaqları istehsalçıları ayaqqabıları xoş görünüşə çevirməyə aktiv çalışmırlar: onların görünüşü onilliklər ərzində dəyişməyib.

İkincisi, başmaqların funksiyası məhduddur. Əgər siz ev başmaqlarını məsələn, zibil atmağa getdiyiniz zaman və yaxud qonaq otağından yaddan çıxmış açarı götürmək üçün  ayaqqabıları soyunub başmaqları geyinmək məcburiyyətində qalmısınızsa və yaxud əksinə, ö zaman siz ya ayaqqabıları çıxartmaq yada ki təmiz döşəməni qurban vermək kimi bir duyğu ilə tanışsınız.

Başmaqla zibil atmağa çıxmaq həmişə mənzildə bir yerdə yaşadığınız insanlar  tərəfindən qəbul edilmir və tez bir zamanda unudulmuş şeyi götürmək lazım olduqda ayaqqabını başmağa  dəyişdirmək çox praktik deyil.

Bu problemlər çox kiçik görünə bilər. Ancaq London şirkəti Mahabis bu problemləri aradan qaldırdı və bunun üzərinə yaxşı bir qazanc əldə etdi.

Onların UPT-si nədir? 30 saniyə içində Mahabisdən olan başmaqlar küçə slipsinə çevrilir, yəni evdən küçəyə «rejimi» asanlıqla dəyişə bilərsiniz. Əlbəttə ki, Mahabisdən olan başmaqlar şık görünüşə malikdirlər.

Mahabis Crocs və Ugg ilə müqayisə edilir. Lakin London şirkəti rezin ayaqqabının praktikliyini və yun başmaq rahatlığını bir minimalist Skandinaviya dizaynında birləşdirə bildi.

2014-cü ilin iyul ayından etibarən Mahabis-dən Financial Times, The Guardian, Wired UK, Hypebeast yazmağa başlayıblar. 2015-ci ildə London moda həftəsində universal başmaqlar təqdim edildi.

Şirkətin məhsulunun qiyməti 80 avrodan  başa gəldiyinə baxmayaraq, üç il ərzində yarım milyon cüt başmaq satıldı . Xatırladaq ki, təsisçi ən başından bəri premium-marka qururdu.

Necə başlayıblar

Ankur Şax

2015-ci ildə, Ankur Şah, keçmiş vəkil və iş adamı, ev və ya küçə ayaqqabı problem haqqında heç düşünməyib. Həmin il o, evdə çox  işləyib, bu səbəbdən də , həmişə başmaq geyinib.

«Mən maraq üçün insanların İnternetdə nəyi axtarışa verdiklərini və nə satın aldıqlarını öyrənməyə başladm – Şah deyir. – Google Trendsdə, mən «yay ayaqqabısı» haqqında axtarış performansına baxdım, sonra mən «başmaq» sözünü axtarışa verdim və axtarış həcmi 60% daha  yüksək olmuşdu. Amma mən hər hansı bir tanınmış başmaq istehsalçısı adını xatırlaya bilmədim».

Bu zaman Şah – başmaq bazarının tutumunun $4 milyard dəyərində olduğunun fərqinə vardı. Şah bazarı daha ətraflı  öyrənməyə  başlayır, hər dəfə  köhnə və yaxud bərbad dizaynlı modellərə rast gəlirdi. Sonra Şah minimalistik bir dizayn ilə premium-marka ev başmağı yaratmağı təklif etdi.

Şah həm də məhsulun baş dizayneridir. O, başmaqları yaradanda ənənəvi Morokko, Hindistan və Skandinaviya ayaqqabılarından ilham aldı. «Mən bir neçə mədəniyyətlə əhatə olunmuş bir yerdə böyümüşəm. Mahabis yaratmaq üçün, babuşeyə(milli Mərakeş ayaqqabıları) skandinaviya minimalizmini və  əsrlər boyu sübut edilmiş Avropa keyfiyyətini qataraq rahat, gözəl və etibarlı ayaqqabılar əldə etdik».

Çıxarıla bilən pəncə hissəsinin dizaynı 3D çap vasitəsilə hazırlanmışdır.

Mahabisdə deyirlər ki, əksər şirkətlərdən fərqli olaraq, bütün məhsullarını Avropada istehsal edirlər. Belə ki, termoplastik poliuretanındən hazırlanan başmağın unikal hissəsi ölkənin «ayaqqabı» regionunda yerləşən kiçik bir italyan fabriki tərəfindən təmin edilir. Böyük Britaniyada da isə parçası yüngül «hava buraxan » materiallardan olan başmağın  özü hazırlanır.

2015-ci ildə şirkət Drapers Award tərəfindən ən yaxşı ayaqqabı dizaynı mükafatını qazanıb. Seçdikləri dizayn və yol haqqında ayrı bir məqalə yazılıb.

Şah öz müvəffəqiyyətini belə izah edir: «Mən hesab edirəm ki ev başmaqları həqiqətən keçmişin bir şeyidir, amma evdə işləyən freelancer nəsli üçün həftədə yeddi gün geyinilən gündəlik atributdur».

İnkişaf etmək üçün şirkət tamamilə sosial şəbəkələrə güvənir. Şahın əvvəlki şirkəi –müştərilər üçün bir sosial şəbəkə olan  bir reklam agentliyi – böyük bir quruma satıldı.Şah satışdan əldə edilən pulları Mahabisə investisiya etdi.

Onun sözlərinə görə, ilk ay ərzində şirkət 10 min başmaq satıb. Trafik Facebookdan cəlb edilirdi. Şirkət Facebook və Instagram-a hər il  milyonlar xərcləyir.

Şirkət bu gün

2015-ci ildə şirkət 1,5 milyon funt sterlinq dəyərində başmaq satıb.

2016-cı ildə – 10 milyon funt sterling.

2017-ci ildə 15 milyon funt sterling .

Qurucunun sözlərinə görə, şirkət ilk gündən sərfəlidir.

Şah həmçinin qeyd edir ki, şirkət Toms və Crocs-dən daha sürətli böyüyür. Bu da  Mahabisin dünyanın ən sürətlə inkişaf edən ayaqqabı start-uplardan olduğunu göstərir.

2017-ci ilin noyabr ayında şirkət, Amerikanın Nordstrom şəbəkəsində məhsullarını satmağa başladı.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 15-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.