Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 18, 7 gün — 122, ay — 472 yeni elan

LUKoil Hyustondakı ofisini bağlayır

LUKoil Hyustondakı ofisini bağlayır xeberler Mart 27, 2019

LUKoil Hyustondakı ofisini bağlayır xeberler 136

LUKoil Hyustondakı ofisini bağlayır xeberlerBiznes xəbərlər

LUKoil Hyustondakı ofisini bağlayır xeberler

Rusiyanın “LUKoil” neft şirkəti ABŞ-da fəaliyyət göstərən, xaricdəki dəniz kəşfiyyat və hasilat işlərini həyata keçirən “Lukoil İnternational Upstream West Inc.” adlı bölməsini bağlamaq qərarına gəlib.

Bunu jurnalistlərə “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.

O deyib ki, əməkdaşların bir qismi Meksikadakı ofisə, bir qismi də “Lukoil Engeneering”ə keçiriləcək. Şirkət rəhbəri adıçəkilən qurumun əsasən şist nefti hasilatı ilə bağlı layihələr üçün yaradıldığını, lakin bunun baş tutmadığını söyləyib.

“LUKoil” şirkətindən bildiriblər ki, “Lukoil International Upstream West Inc.”bölməsinin yenidən qurulması “LUKoil” qrupuna aid müəssisələrin daha səmərəli fəaliyyət göstərməsini təmin etməyə yönəlib: “Mayın 1-dək Hyustondakı ofisdə 7 əməkdaş qalacaq və onlar ilin sonunadək işləyəcəklər”.

Qeyd edək ki, ABŞ-ın neft məhsulları bazarında 2000-ci ildən fəaliyyət göstərən “LUKoil” şirkəti şərq sahillərdəki 11 ştatda və Kolambiya dairəsində (Vaşinqton) yerləşən satış məntəqələrinə malikdir. Bununla yanaşı, Nyu-York ştatında da fərdi və ticari istehlakçıları soba yanacağı və təbii qazla təmin edən şirkət ölkə boyu neft və neft məhsullarının satışını həyata keçirir.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 27-03-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.