×+ Vakansiya yerləşdirBaş səhifəHaqqımızdaİstifadəçi qaydalarıSaytda reklamBizimlə çalışmaq istəyən şirkətlər üçünŞirkət hesabı nə üçün yaradılmalıdır ?VİP vakansiya nədir?Vakansiyanı irəli çəkmək nədir?Bizimlə əlaqə / Texniki dəstək

Kia Çindəki zavodunun fəaliyyətini dayandırır

Kia Çindəki zavodunun fəaliyyətini dayandırır xeberler Mart 12, 2019

Kia Çindəki zavodunun fəaliyyətini dayandırır xeberler 263

Kia Çindəki zavodunun fəaliyyətini dayandırır xeberlerBiznes xəbərlər

Kia Çindəki zavodunun fəaliyyətini dayandırır xeberler

Cənubi Koreyanın avtomobil istehsalçısı “Kia Motors” Çindəki zavodlarından birinin fəaliyyətini dayandırmağı düşünür.

Dünyanın ən böyük avtomobil bazarında satışın azalması “Kia Motors”u Çinin Ciansu vilayətindəki zavodunun fəaliyyətini dayandırmaq barədə düşünməyə vadar edib.

Cənubi Koreyanın ikinci ən böyük avtomobil istehsalçısı olan “Kia Motors”un Çində satışları son iki ildə azalmağa doğru gedir. ABŞ-ın Cənubi Koreyada THAAD raket hücumundan müdafiə sistemini quraşdırmasına rəsmi Pekinin etirazı ilə iki ölkə arasında yaranmış diplomatik narazılığın iqtisadi-ticari əlaqələrə mənfi təsiri nəticəsində 2017-ci ildə “Kia Motors”un Çindəki satışı 44 faiz azalmışdı. Ötən il satış 9 faiz çoxalsa da, şirkətin planlaşdırdığı hədəfə çatmayıb. Hazırda “Kia Motors”un Çində illik ümumi istehsal gücü 900 min avtomobilə yaxın olan 3 zavodu fəaliyyət göstərir.

Qeyd edək ki, bir neçə gün əvvəl “Hyundai” şirkəti də Pekindəki zavodunun fəaliyyətini dayandırmağı düşündüyünü açıqlayıb.

Dünyanın ən böyük avtomobil bazarı olan Çində ötən il yeni avtomobillərin satışı son 30 ildə ilk dəfə olaraq azalıb. Mütəxəssislər bunun istehlakın azalması və işlənmiş avtomobillərin satışının çoxalması ilə bağlı olduğunu bildirirlər.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 12-03-2019