Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 3, 7 gün — 88, ay — 452 yeni elan

Kanadanın və ABŞ-ın marixuana istehsalçıları birləşmə elan ediblər

Kanadanın və ABŞ-ın marixuana istehsalçıları birləşmə elan ediblər xeberler Aprel 19, 2019

Kanadanın və ABŞ-ın marixuana istehsalçıları birləşmə elan ediblər xeberler 130

Kanadanın və ABŞ-ın marixuana istehsalçıları birləşmə elan ediblər xeberlerBiznes xəbərlər

Kanadanın və ABŞ-ın marixuana istehsalçıları birləşmə elan ediblər xeberler

Birləşmə müqaviləsi 18 aprel tarixində Kanadanın “Canopy Growth Corp.” şirkəti və ABŞ-ın “Acreage Holdings” kannabis istehsalçısı tərəfindən imzalanıb. Müvafiq məlumat “Canopy Growth” şirkətinin rəsmi saytında yerləşdirilib.

Müqavilənin şərtlərinə əsasən, Kanadanın marixuana istehsalçısı, ABŞ-da marixuananın istehsalı və satışı federal səviyyədə qanuniləşdirldikdən dərhal sonra Amerikan şirkətinin səhm paketini 3,4 milyard dollara satın ala bilər. Hazırda “Canopy Growth” 300 milyon dollar məbləğində ilkin ödəniş verib. Plana görə, bu müqavilə Kanadanın holdinq şirkətinin ABŞ bazarına doğru vaxtında girməsini təmin edəcək.

Birləşmə haqqında xəbərlərin yayılması, səhmlərin kəskin artmasına gətirib çıxarıb – 8% “Canopy Growth” və 14.27%. “Acreage” .

Xatırladaq ki, marixuana bazarı 2018-ci ildə kəskin artım göstərərək, dünyanın aparıcı sahələrinin birinə çevrilmişdir.

Son illərdə marixuananın yetişdirilməsini qanuniləşdirən ölkələrin sayı artmaqdadır. Analitiklərin verdiyi məlumatlara görə, marixuananın leqal bazarı ildə7,7 milyard dollar dəyərində qiymətləndirilir.  

Ekspertlərin proqnozlarına görə, illik artım 60% təşkil edəcək, bu da 2021-ci ilə qədər həcmin 31 milyard dollara qədər artmasına gətirib çıxaracaq. Marixuananın iri istehsalçıları öz səhmlərini fond birjalarında yerləşdirməyə artıq başlayıblar.

 

 

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 19-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.