Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 18, 7 gün — 122, ay — 472 yeni elan

Joanne Rowling: müvəffəqiyyətə nail olan şəxs ilə xəyalpərəsti bir-birindən yalnız bir qərar ayırır

Joanne Rowling: müvəffəqiyyətə nail olan şəxs ilə xəyalpərəsti bir-birindən yalnız bir qərar ayırır xeberler Aprel 15, 2019

Joanne Rowling: müvəffəqiyyətə nail olan şəxs ilə xəyalpərəsti bir-birindən yalnız bir qərar ayırır xeberler 86

Joanne Rowling: müvəffəqiyyətə nail olan şəxs ilə xəyalpərəsti bir-birindən yalnız bir qərar ayırır xeberlerBiznes xəbərlər

Joanne Rowling: müvəffəqiyyətə nail olan şəxs ilə xəyalpərəsti bir-birindən yalnız bir qərar ayırır xeberler

“Harry Potter” əsərinin müəllifi olan ingilis yazıçısı Joanne Rowling hesab edir ki, vaxtında verilmiş düzgün qərar sizin bütün həyatınızı dəyişdirə bilər.

Hal-hazırda, Joanne Rowling dünyanın ən məşhur yazıçılarından biridir. Əlbəttə ki, bu heç də həmişə belə olmamışdı. Karyerasının başlanğıcda, o, işsiz və dəstəksiz bir ana idi. Həmin dövrdə Joanne dərin depressiyaya düşmüşdür, hətta intihar haqda düşündüyü günləri belə olub.

İndi Joanne Rowling deyir: “Həmin vaxtlarda mən özümü çox kasıb olan biri kimi hesab edirdim. Düşünürdüm ki, Böyük Britaniyada məndən kasıb olan kimsə varsa əgər, o da evsiz və kimsəsiz insanlardır”.

Lakin günlərin birində, o, gələcəkdə həyatını dəyişdirəcək bir qərar qəbul etdi. Bütün gücünü və iradəsini toplayaraq, Joanne, ilk kitabının nümunəsini müxtəlif nəşriyyatlara göndərdi. Onlardan ilk 12-dən rədd cavabı almış yazıçı, ruhdan düşmədi.

Nəhayət, 13-cü nəşriyyat yeni və tanınmamış müəllifə şans verdi.

Eynilə onun özü özünə şans verdiyi kimi.

Bütün bunlar nə ilə nəticələndi? Onunla nəticələndi ki, hal-hazırda Harry Potter haqqındakı hekayələr, 500 milyondan çox tiraja malikdirlər. Bu kitabları bütün dünya xalqları oxuyur. Yalnız kitablar deyil, filmlər də çox böyük maraqla qarşılanır. Kinematoqrafın tarixində  “Harry Potter” filmləri ən gəlirli olmuşdur.

Eyni zamanda, Joanne Rowling, kitabları hesabına 1 milyard dollardan çox gəlir əldə etmiş ilk yazıçı olmuşdur. Təkcə bu il onun gəliri 54 milyon dollar təşkil edib.

Bəs hansı qərar onun həyatını bu qədər dəyişdirə bilib? Rowling özü bu haqda deyir:

“Mən özümə qarışı dürüst oldum və bütün gücümü mənim üçün həqiqətən də vacib olan bir işə yönəltdim. Əgər hər hansısa digər sahədə müvəffəq olsaydım, düşünürəm ki, yazıçılıq sahəsində bu qədər uğur əldə edə bilməzdim”.

“Mən özümü azad etdim. Əlimdə olan tək bir şey azyaşlı qızım və çap maşını idi. Düşdüyüm uçurum, mənim müvəffəqiyyətim üçün dayanıqlı fundament rolunu oynadı. Həyatımı onun üzərində qurdum”.

Hər dəfə müvəffəqiyyətli insanlar haqda oxuyanda, düşünürük ki onlar bizdən daha istedadlı, kreativ və bacarıqlıdırlar. Təbii ki, bu belə deyil, sadəcə bu yanaşma bizim üçün daha rahatdır. Müvəffəqiyyət heç vaxt təsadüfi və ya qaçırılmaz olmur.

Müvəffəqiyyətə çatmaq üçün səbir etməyiniz, fasiləsiz olaraq məqsəd uğrunda çalışmağınız və özünüzə şans verməyiniz kifayət edir.

Siz kiminsə nə vaxtsa sizi qəbul edəcəyini, seçməyini və ya işığa doğru “çəkməyini” gözləməməlisiniz.

Müasir dünya – məhdudiyyətsiz əlaqələr və imkanlar dövrüdür. Siz istədiyiniz hər bir insanla sosial şəbəkə vasitəsi ilə əlaqə qura bilərsiniz. Şəxsi biznesinizə başlaya bilərsiniz. Öz məhsullarınızı yarada bilərsiniz.  Kitabınızı nəşr edə bilərsiniz. Özünüz maliyyələşməni və sərmayəni cəlb edə bilərsiniz.

Siz istədiyiniz hər bir şeyə nail ola bilərsiniz və bunun üçün kimisə gözləməli deyilsiniz.

Müvəffəqiyyətə aparan yolda sizin üçün yeganə çəkindirici amil, cəhd etmək istəyinizin olmamasıdır. Ondan qurtulun.

 

 

 

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 15-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.