Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 19, 7 gün — 114, ay — 458 yeni elan

"Huawei" "Honor" brendli ilk noutbukunu satışa çıxarıb

"Huawei" "Honor" brendli ilk noutbukunu satışa çıxarıb xeberler Aprel 19, 2019

"Huawei" "Honor" brendli ilk noutbukunu satışa çıxarıb xeberler 149

"Huawei" "Honor" brendli ilk noutbukunu satışa çıxarıb xeberlerBiznes xəbərlər

"Huawei" "Honor" brendli ilk noutbukunu satışa çıxarıb xeberler

“Huawei” şirkəti “Honor” brendli ilk noutbuku satışa çıxarıb. “Honor MagicBook” modeli qurğu qapağının 81 faizini əhatə edən 14 düym diaqonallı ekranla təchiz edilib.

Ekran 1920 х 1080 piksel təsvir ölçüsünə, 178 dərəcə baxış bucağına, 1800:1 nisbətində kontrastlığa və 16:9 tərəflər nisbətinə malikdir. Kompüter qarşısında çox vaxt keçirən istifadəçilərin görmə qabiliyyətinin qorunması və yorğunluğunun azaldılması üçün displey antibakterial örtüklə təchiz olunub və ekran işığının zərərli ultrabənövşəyi spektrini filtrdən keçirir.

Məlumata görə, “Honor MagicBook” iki versiyada – “Intel” və “AMD” prosessorları ilə təklif olunur. Onların birincisi 14 nanometrlik texnoloji proses üzrə hazırlanan və 3,4 QHs takt tezliyini dəstəkləyən səkkizinci nəsil “Intel Core i5-8250U” çipi ilə təchiz edilib. Videokart qismində 2 giqabaytlıq “GDDR” videoyaddaşlı “Nvidia GeForce MX150” sürətləndiricisindən istifadə olunub.

Digər versiya isə yeni nəsil dördnüvəli “AMD Ryzen 5 2500U” prosessoru və “Radeon Vega8” qrafik sistemi ilə təchiz edilib ki, bu da 25 Vt (Turbo Boost rejimində 30 Vt) enerji sərfiyyatını təmin edir. 8 giqabayt tutumlu “DDR4-2400” tipli ikikanallı yaddaşın tətbiqi sayəsində oxuma/yazma sürəti 50 faiz artırılıb. Qurğu 12 saatadək təkrar enerji toplamadan işləyir.

“Honor MagicBook” noutbukunun aprelin 25-dən etibarən satışa çıxarılması nəzərdə tutulur.

 

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 19-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.