Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 19, 7 gün — 132, ay — 540 yeni elan

Huawei 2018-ci ilin maliyyə nəticələri açıqlanıb

Huawei 2018-ci ilin maliyyə nəticələri açıqlanıb xeberler Aprel 03, 2019

Huawei 2018-ci ilin maliyyə nəticələri açıqlanıb xeberler 156

Huawei 2018-ci ilin maliyyə nəticələri açıqlanıb xeberlerBiznes xəbərlər

Huawei 2018-ci ilin maliyyə nəticələri açıqlanıb xeberler

Huawei-nin xalis mənfəəti illik 25,1 faiz artımla 8,9 milyard dollara çatıb.

Huawei 2018-ci ilin maliyyə nəticələri hesabatını dərc edib. Hesabata görə, şirkət 2018-ci ildə əhəmiyyətli bir inkişaf qeyd edib. Satış gəliri əvvəlki ilin eyni dövrünə nisbətən 19,5 faiz artaraq 107,5 milyard dollar səviyyəsinə çatan Huawei-nin xalis mənfəəti isə illik 25,1 faiz artımla 8,9 milyard dollara yüksəlib.

​Huawei 2018-ci ildə Ar-Ge-yə (araşdırmaya) 15,8 milyard dollar (satış gəlirinin 14,1%-i nisbətində) investisiya edib.
Son 10 ildə, Huawei-nin Ar-Ge xərcləri 67 milyard dollardan çox olub. Dünya Əqli Mülkiyyət Təşkilatı (WIPO) tərəfindən nəşr olunan rəsmi məlumatlara görə, Huawei 2018-ci ildə 5 min 405 patent ərizəsi ilə müraciət edib. Huawei dünya üzrə ən çox patent ərizəsilə müraciət edən şirkət olub.

Huawei daimi 5G-yə sərmayə yatırır.

“Kiber təhlükəsizlik və istifadəçi məxfiliyinin qorunması hər zaman ən önəmli müzakirə mövzumuz olub. Huawei ilə işləməyi seçən şirkətlərin 5G dövründə ən rəqabətə davamlı təşkilatlar olacağına əminik. Huawei ilə iş birliyində olan ölkələr, bir sonrakı rəqəmsal iqtisadi inkişaf dalğasında da üstünlüklər əldə edəcəklər”,- Huawei-nin İcraçı direktorlarından Guo Ping bildirib.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 03-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.