Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 30, 7 gün — 146, ay — 553 yeni elan

HP | Qarajdan uğura uzanan yol

HP | Qarajdan uğura uzanan yol xeberler Aprel 16, 2019

HP | Qarajdan uğura uzanan yol xeberler 106

HP | Qarajdan uğura uzanan yol xeberlerBiznes xəbərlər

HP | Qarajdan uğura uzanan yol xeberler

HP şirkətinin əsası kiçik bir qarajda qoyulub

Hewlett Packard (HP) Şirkəti ABŞ-da yerləşən məişət elektronikası korporasiyasıdır. HP dünyada ən böyük texnologiya şirkətidir və təxminən dünyanın hər bir ölkəsində fəaliyyət göstərir. Şirkət hesablama texnikası, müəssisə serverləri, müxtəlif diapazonlu printer məhsulları, fərdi kompyuter, noutbuk və netbuk, eləcə də kompyuter tipli telefonlar, məişət elektronikası, proqram təminatı istehsalı ilə məşğuldur.

HP satış baxımdan dünyada ən böyük texnologiya satıcısıdır. Bu göstərici üzrə Dell şirkəti ilə rəqabət aparır. HP həmçinin 2008-ci ildə 6-cı ən böyük proqram tərtibçisi seçilmişdir.

Uzun müddət dünyanın ən iri kompyuter təchizatçılarının siyahısında HP şirkəti öz lider mövqeyini təxminən 20,5 faizlə qoruyub saxlamağı bacarmışdı.

HP şirkətinin təməlçiləri Vilyam Hyulet və Devid Pakkard 1939-cu ildə yaratdıqları şirkətin XXI əsrdə hansı nailiyyətlər əldə edəcəyini çətin ki, təsəvvür edirdilər. Hər şey Stenford Universitetində başlamışdır. Məhz burada radioelektronika fakültəsində təhsil alan Hyulet və Pakkard arasında dostluq münasibətləri yaranmışdır. Deyilənlərə görə bu köhnə tanışların yeni dostluq münasibətləri Stenford Universitetinin tanınmış alimlərindən olan Fred Terman tərəfindən aparılan radioelektronika üzrə mühazirədə baş vermişdir. Yenicə əsası qoyulmuş dostluq münasibəti zaman keçdikcə daha da möhkəmlənir və onlar yeni ideya ətrafında sıx birləşməyə başlayırlar. Maraqların ümumiliyi HP şirkətinin yaranmasında təkanverici rol oynayır. İki gəncin böyük ideyası və bunun üçün potensial da mövcud idi, amma bu ideyanı həyata keçirmək üçün onlara məkan lazım idi.

 

QARAJ SƏRGÜZƏŞTLƏRİ

Çox keçmir ki, bütün çətinliklərə baxmayaraq, mövcud ideyanın həyata keçirilməsi üçün məkan da tapılır. Təşəbbüsü həyata keçirmək üçün iki dostun xırda detallara fikir verməməsi HP şirkətinin, belə demək mümkünsə, ilk ofisi kimi məhz bir maşın qarajını seçməsindən məlum olur. Bəli, dünyanın ən nəhəng informasiya texnologiyaları şirkətinin həyat hekayəsi məhz bir qarajda başlayır. Məlumat üçün bildirim ki, tarixi qarajın ölçüləri 3,6 x 5,5 metr olub və bura yalnız bir maşın və az sayda ehtiyat hissələri yerləşib. 30-cu illərin sonlarında qarajda HP-nin istehsal sahələri və konstruktor bürosu yerləşib. 2000-ci ildə HP şirkəti Addison Avenyu-da yerləşən evi qarajla birlikdə 1,7 milyon dollara alır. Məhz bu qarajda Vilyam Hyulet və Devid Pakkard özlərinin məşhur “Qarajın 10 qaydası”-nı müəyyən etmişdilər. Bu qaydalar biznes aləmində hər bir iş adamı üçün və ya buna can atan hər bir şəxs üçün lazım olan qanun olmuşdur.

Hewlett-Packard şirkətinin ilkin kapitalı cəmisi 538 ABŞ dolları təşkil etmişdir.

HP şirkətinin ilk məhsulu HP 200A adlanan tonlu generator olmuşdur. Bu yenilik öz maya dəyəri, kiçik ölçülərinə və texniki xüsusiyyətlərinə görə öz analoqlarını üstələyirdi. Bu məhsulu realizə etməyə keçmiş mühazirəçi Fred Terman kömək edib. Rəqib şirkətlər 200 dollarlıq bir o qədər də möhkəm olmayan generator satanda HP 54.40 dollara nümunəvi 200A-nı sataraq bütün sərhədləri aşmağı bacardı.

Uolt Disney studiyasına “Fantaziya” filminin çəkilişlərində səsli effektlərin toplanılması üçün kompakt stansiyalar tələb olunurdu. Məhz onlara Fred Terman HP-nin ilk məhsulunu təklif etdi və studiya dərhal səkkiz tonlu generator aldı. Beləcə HP imperiyasının tarixi başladı.

İkinci dünya müharibəsi şirkətin mövqeyini daha da möhkəmlətdi. Amerikanın müxtəlif ştatlarında zavodlar tikildi. Müharibə dövründə təməlçilər arasındakı narazılıqlara baxmayaraq müharibədən sonra şirkət yenidən birləşdi və yeni uğurlar əldə olundu.

Həmtəsisçi Devid Pakkard və onların dostu olan Billi Deyv “HP-nin xüsusi yolu” olduğunu və bu yolun onları uğura apardığını qeyd edirlər. “Biz insanlara etibar və hörmət edirik. Nailiyyətin və əldə etdiyimiz ən yüksək töhfələrdə belə vahid fikir ətrafında birləşirik. Eləcə də, biz elastikliyi və innovasiyanı stimmullaşdırırıq”.

TARİXİ HADİSƏLƏR

1959-cu il – şirkət Cenevrədə ilk Avropa nümayəndəliyini açdı və Qərbi Almaniyada ilk xarici istehsalına başladı.

60-cı illərin əvvəlləri – Hewlett-Packard-ın yüksək inkişaf dövrü hesab edilir. Şirkət ilk dəfə olaraq “Fortune” jurnalında ABŞ-ın 500 ən nəhəng şirkətlər sırasına daxil oldu.

1966-cı il – “Hewlett-Packard Laboratoriyası” təşkil olundu və bu, elektronika üzrə aparılan araşdırmaların dünyada ən mühüm mərkəzlərindən birinə çevrildi.

1968-ci il – HP SSRİ-yə gəlir.

1972-ci il – Şirkət HP 300 istifadəçiləri üçün ilk mini kompyuteri buraxır.

1980-cı il – Hewlett-Packard HP-85 adlı ilk personal kompyuterin istehsalına başladı.

1984-cü il – Kompyuterlər üçün birinci çap printerləri istehsal olundu.

1999-cu il – Ölçü cihazları, sənaye avadanlığı və optika ilə məşğul olan bölmə Agilent Technologies şirkətinə ayrıldı.

2001-ci il – Hewlett-Packard “Compaq”ı aldı.

İlkin HP loqosu və Hewlett-Packard şirkəti bir müddət ticarət markası kimi qeydə alınmayıb. Təqdim olunan sənədlərdə əsas səbəb kimi, əvvəllər belə bir ticarət markasının mövcudluğu göstərilib. Nəhayət, 1954-cü ildə ticarət markası qeydiyyata alınıb. Şirkətin ilk müştərilərindən biri Uolt Disney şirkəti olub. Adıçəkilən şirkət 200A generatorundan teatrlarda istifadə edib.

Şirkət çeşidli xidmətlər göstərib. Sənaye və kənd təsərrüfatı elektron məhsulların istehsalı ilə məşğul olmaqla geniş diapazonlu fəaliyyəti ilə seçilib.

SİLİKON VADİSİNİN SİMVOLİK BANİSİ

HP Silikon vadisinin simvolik banisi kimi tanınır. HP 1960-cı ildə daxili istifadə üçün hər şeydən əvvəl yarımkeçirici qurğularını inkişaf etdirdi. Alətlər və kalkulyatorlar bu qurğulardan istifadə edən məhsulların bəziləri idi.

HP 1960-cı illərdə Sony şirkəti ilə əməkdaşlıq etməyə başlayır, elə həmin dövrlərdə bir neçə yüksək keyfiyyətli məhsulu inkişaf etdirmək üçün Yaponiyada bir sıra işlər görür. Belə ki, HP və Yokogawa Japan birgə müəssisə (Yokogawa Hewlett Packard) formalaşdırdılar.

1986-cı ildə HP HP.com domeni adını qeydə aldı. Qeyd edim ki, HP dünyada iki hərfli domenə malik olan çox az sayda şirkətlərdən biridir.

HP onlayn satış üçün müstəqil filial hpshopping.com-u açaraq istehlakçılara doğru önəmli bir addım atmış oldu.

1998-ci ildə HP bazar üçün iş stolları, portativ kompyuterlər və server bazarında əsas oyunçu qismində çıxış etməyə başlayıb. 1999-cu ilin iyulunda, HP-nin baş icraçı direktoru Dou Cons sənaye indeksində şirkətin birinci qadın baş icraçı direktoru kimi Karli Fiorinanı şirkətə rəhbər təyin edib. O, Vilyam Hyulet və Devid Pakkardın HP-sində radikal dəyişiklik etmək niyyətində olsa da qarajda olan ruh yüksəkliyini geri qaytarmağı da əsas meyar kimi götürüb. Fiorina öz proqramının strateji istiqamətini Ümumdünya İqtisadi Forumun jurnalında “HP – irəliyə yol” müsahibəsində açıqlamışdı. Fiorinanın qənaətincə, onun gəlişinə qədər şirkət nəhəng, lakin tələb olunmayan potensiala malik idi. “Şirkət tərəfindən əldə olunan ən böyük nailiyyət sifarişçilər tərəfindən şirkətə göstərilən etibardır”, deyə o bildirib. Elmi və texniki nöqteyi-nəzərdən şirkət internet dövrünə hazırdır. Buna əyani sübut kimi iki əsas seqmentə bölünən: korporativ (35 milyard dollar illik gəlir) və istehlak (15 milyard dollar illik gəlir) biznesin bölgüsüdür. Kompyuter və printerlər isə internet iqtisadiyyatının tələblərinə cavab verir.

Belə iddialı çıxışlarına baxmayaraq, Karli Fiorina HP kimi nəhəng şirkətin ağırlığını zərif çiyinlərində saxlaya bilmədi. Onun şirkətə rəhbərlik etdiyi dövrdə HP-nin gəlirləri və istehsalı aşağı düşdü, hətta iki dəfə azaldı. Bunu nəzərə alaraq, HP-nin idarə heyəti 2005-ci ildə Fiorinadan tutduğu postu tərk etməyi xahiş edir. İllər ötdükcə HP-nin uğurları yüksələn xətt üzrə davam edir.

Ötən il HP şirkəti uzun müddət ərzində şirkətin inkişafına yardım edəcək İT sahəsi üzrə yeni strategiya hazırlayıb.

Transformasiya nəticəsində HP şirkəti İT üzrə istismar xərclərini təxminən iki dəfə azaltmış, həmçinin daha səmərəli biznes-həllərini qəbul etmək üçün rəhbərliyə təqdim edilən məlumatların keyfiyyətini artırmış və biznes-proseslərin fasiləsizliyini təmin edən, o cümlədən şirkətin gələcək inkişafına xidmət edən etibarlı və istifadə üçün asan olan İT infrastrukturu yaratmışdır.

“HP-nin İT-infrastrukturunun transformasiyası sadəcə İT-bölüm çərçivəsindəki texnoloji təşəbbüs kimi deyil, məhz bütün şirkətdə reallaşdırılan kompleks biznes-strategiya kimi həyata keçirilmişdir.

HP AZƏRBAYCANDA

Dünyanın 170-dən çox ölkəsində fəaliyyət göstərən HP şirkətinin 2004-cü ildə Azərbaycanda da nümayəndəliyi fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı gündən etibarən şirkət ölkəmizdə informasiya texnologiyaları sahəsi üzrə həyata keçirilən bir sıra layihələrdə uğurla iştirak edir. Şirkət tərəfindən Azərbaycan bazarına çıxarılan məhsullar və həllər portfelinə printerlər, fərdi kompyuterlər, proqram təminatı, İT-həllər və xidmətlər daxildir. Bununla HP həm istehlakçıların, həm də şirkətlərin İT ilə bağlı işini maksimal şəkildə rahat və asan edir.

Qeyd edək ki, “HP”-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyovdur.

Müəllif: Z.İlqar

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 16-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.