Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 22, 7 gün — 122, ay — 477 yeni elan

Hər şeyi çatdıran şirkət rəhbərləri

Hər şeyi çatdıran şirkət rəhbərləri xeberler Aprel 16, 2019

Hər şeyi çatdıran şirkət rəhbərləri xeberler 290

Hər şeyi çatdıran şirkət rəhbərləri xeberlerBiznes xəbərlər

Hər şeyi çatdıran şirkət rəhbərləri xeberler

İri şirkət rəhbərlərinin bəziləri, heç vaxt istirahət etmədən sutkanın 24 saatı ərzində iş başında olurlar. Lakin, onlar sırasında istisnalar da var. Bu insanlar həm işləməyi, həm də vaxtında istirahət etməyi çatdırırlar.

Arianna Huffington, Huffington Post

Dünyanın ən məşhur media layihəsinin təsisçisi və rəhbəri olan Arianna, yuxunun insan üçün nə qədər vacib olduğunu dəfələrlə vurğulayıb. O, gündə ən az 7-8 saat yatır və bu qrafikdən kənara çıxmır. Huffington Post layihəsi üzərində işlədiyi dövrlərdə, Arianna, yuxuya kifayət qədər vaxt ayıra bilmirdi və 4-5 saat yatırdı. Bu, çox yorucu idi. Yorğunluq o qədər güclü idi ki, bir dəfə Huffington yorğunluqdan huşunu itirərək yıxıldı. Bu hadisə, onun öz qrafikini yenidən nəzərdən keçirməsinə səbəb olmuşdur.

“Əgər sən qan içində oyanırsansa, müvəffəqiyyətli insan sayıla bilməzsən”, – Huffington deyir. O qeyd edir ki, yuxusuzluq professional karyeranın qurulması  üçün ciddi maneə ola bilər.

Huffington-nun sözlərinə görə, bəzən yaxşı bir şeylərə “yox” deməyi bacarmalıyıq, əks halda isə zombiyə oxşaya bilərik. İlk başlarda, o, yuxunu 30 dəqiqəyə qədər artırmağı tövsiyə edir. Yatmağa hazırlaşan zaman mobil telefonunuzu söndürməlisiniz və imkan olduqca özünüzdən uzaqlaşdırmalısınız. Səhər oyanarkən isə özünüzə vaxt verin, dərhal elinizi telefona atmayın.

Jason Fried və David Hansson, Basecamp

Basecamp təsisçiləri yuxusuzluğu təşviq etmirlər. “ReWork: a business without prejudice” bestsellerində onlar yuxu məsələsinə də nəzər yetiriblər. Bu kitabın bir bölümü “Yatmağa gedin” adlanır. Kitabda qeyd olunur ki, bəzi hallarda insan yuxuya ayırdığı vaxtdan kəsərək, işlə məşğul ola bilər. Lakin, bu vərdiş halına çevrilməli deyil. Müəlliflərin fikrincə, yuxusuzluqdan irəli gələn fəsadlara inadkarlıq, irrasionallıq və pis qərarları aid etmək olar.

Jason və David hesab edirlər ki, çox işləyən işçilər daha çox problemlər yaratmış olurlar. Birincisi, bu cür iş tərzi uzun müddətli xarakter daşıya bilməz. Gərgin qrafikdən sonra, mütləq yorğunluq gələcək. İkincisi, artıqlaması ilə çalışan insanlar daha diqqətsiz olurlar. Onlar problemlərə daha çox vaxt sərf edərək həll etməyə çalışırlar. Loru dildə desək, intellektual tənbəlliyi sərt güc ilə əvəz edirlər.

Jason Fried bildirir ki, o, zəngli saatdan istifadə etmədiyinə baxmayaraq, hər gün  səhər saat 6-7 arası oyanır. Fried işə səhər saat 10-11 aralığında başlayır, axşam saat 6-da isə ofisini tərk edir. Evə gəldikdən sonra, o, televizorda tok-şoulara baxaraq və ya kitab oxuyaraq istirahət edir.

 

Sheryl Sandberg, Facebook

Uşaqların dünyaya gəlməsindən sonra, Facebook sosial şəbəkəsinin əməliyyat direktoru olan Sheryl Sandberg-in həyatı dəyişdi. Belə ki, əvvəlki dövrlərdə Sheryl, Silikon vadisində çalışan adi İT mütəxəssislərdən biri olmuşdur. Bəzən, o, günün yalnız dörd saatını yuxuya ayırırdı.

Uşaqlar top menecerin qrafikini tənzimlədi. Artıq Lean It bestsellerinin müəllifi, yuxuya gündə 8 saat ayırır.

Artemiy Lebyedev, Lebyedev studiyasının təsisçisi

Məşhur dizayner və bloqçu Artemiy, həm evdə, həm də səyahətdə günün 8 saatını yuxuya ayırır. Lebyedev studiyasının təsisçisi, prinsipial olaraq yalnız elektron poçtlardan istifadə edir. O hesab edir ki, messencerlərdəki “Chat” lar, insanlarda telefon və kompüterdən asılılıq yaradaraq beynini zəbt edir.

Başqa kimlər

Bill Gates (Microsoft) və Jeff Bezos (Amazon) da vaxt ikən gün ərzində 7-8 saat yatdıqlarını söyləyiblər.

Yuxusuzluğun fəsadları

2014-cü ildə “Forbes”, yuxusuzluğun insana təsiri mövzusuna həsr edilmiş bir tədqiqat nəşr etmişdir. Həmin tədqiqatda yuxusuzluğun beyin hüceyrələrinin məhvinə gətirib çıxardığı göstərilib. Ümumiyyətlə, yuxusuzluq yalnız beyinə deyil, inanın bütün orqanizminə mənfi təsir göstərir (məsələn, hipertoniya xəstəliyinin meydana gəlməsi riskini 60% artırır).

Yuxu məhsuldarlığı artırır

Greg McKeown öz kitabında yuxunun öyrənilməsinə həsr olunmuş tədqiqata nəzər salır. Tədqiqat violonçel ifaçıları arasında həyata keçirilmişdi. Əldə edilmiş nəticə sübut etmişdir ki, yuxunu almış musiqiçilər öz peşəsində daha müvəffəqiyyətli olurlar.

Ən yaxşı musiqiçilər orta hesabla gündə 8,6 saat yatırdılar.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 16-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.