×+ Vakansiya yerləşdirBaş səhifəHaqqımızdaİstifadəçi qaydalarıSaytda reklamBizimlə çalışmaq istəyən şirkətlər üçünŞirkət hesabı nə üçün yaradılmalıdır ?VİP vakansiya nədir?Vakansiyanı irəli çəkmək nədir?Bizimlə əlaqə / Texniki dəstək

Gmail 15 yaşına özəl yeni xidmətlər

Gmail 15 yaşına özəl yeni xidmətlər xeberler Aprel 04, 2019

Gmail 15 yaşına özəl yeni xidmətlər xeberler 196

Gmail 15 yaşına özəl yeni xidmətlər xeberlerBiznes xəbərlər

Gmail 15 yaşına özəl yeni xidmətlər xeberler

“Google” bundan 15 il əvvəl elektron poçt xidməti “Gmail”i yaradıb. Platforma bu gün “Google”un ən uğurlu və dünyanın ən populyar məhsullarından biridir.

“Gmail” 15 yaşına platformaya bir sıra funksiyalar daxil etməklə girir.

Yeni xidmətlər

Elektron-poçt planlama: Artıq “Gmail” üzərindən göndərəcəyiniz e-poçtları sizin planladığınız gün və saatda göndərə də biləcəksiniz. Beləliklə, bu emaili gecə göndərsəm, qarşıdakı şəxsi narahat edə bilərəm. Yaxud sabaha qədər gözləmək arasında seçim etməli olmayacaqsınız. “Gmail” artıq e-poçtları sizin uyğun gördüyünüz zamanda göndərəcək.

Smart Compose: Bundan başqa, daha öncə kompüter və “Pixel” telefonlarda istifadə olunan süni zəka dəstəkli “ağıllı” mesaj yazma funksiyası – “Smart Compose” artıq bütün Android cihazlarda istifadə olunacaq. iOS dəstəyinin də yaxın zamanda gələcəyi açıqlanıb. Tətbiq bugünə qədər ancaq ingilis dilini dəstəkləyib. Amma bildirilib ki, tətbiqə italyan, ispan, portuqal dilləri də əlavə olunacaq.

Dayandırılan xidmətlər

Google+: “Google” yeni məhsulları ilə yanaşı, bəzi köhnə modellərini bu həftədən etibarən tamamilə dayandırır. Bunların arasında ən çox diqqəti çəkən isə “Google +” dur. “Google”, istənilən uğuru heç cürə qazana bilməyən sosial media platforması “Google +”-u ötən il təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq bağlamaq qərarı almışdı.

Inbox: “Gmail”in əlavəsi kimi ortaya çıxan “Inbox” tətbiqi də bu həftədən etibarən istifadə olunmayacaq. Belə ki, “Inbox”un bəzi funksiyalarını onsuz da artıq “Gmail”də istifadə etmək mümkündür.

Pixel 2: Bu həftə “Google”undayandırdığı digər bir məhsul isə “Pixel 2” telefonlarıdır. Açıqlamada deyilib ki, artıq “Pixel 2” və “Pixel 2 XL” modellərinin satışı davam etməyəcək. Bu telefonları əldə etmək istəyənlər texnoloji mağazalarının stokları ilə kifayətlənmək məcburiyyətindədir. Digər bir yol isə ikinci əl telefonları almaqdır.

goo.gl: Son olaraq, “Google” 2009-cu ildə goo.gl URL link qısaltma xidmətini istifadəyə vermişdi. Bitly kimi alternativlərin daha da populyarlaşması “Google”un bu xidmətini də tarixə qovuşdurur. “Google” bu həftə digər məhsullar ilə yanaşı, bu xidmətini də dayandıracağını açıqlayıb.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 04-04-2019