Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 3, 7 gün — 88, ay — 452 yeni elan

Gənclər Silikon Vadisini tərk edirlər

Gənclər Silikon Vadisini tərk edirlər xeberler Aprel 08, 2019

Gənclər Silikon Vadisini tərk edirlər xeberler 142

Gənclər Silikon Vadisini tərk edirlər xeberlerBiznes xəbərlər

Gənclər Silikon Vadisini tərk edirlər xeberler

Uzun illərdir ki Silikon Vadisi bir növ “güc yeri” sayılır – texnoloji və innovativ şirkətlər üçün cazibə mərkəzi. Lakin sənaye nümayəndələri deyirlər ki, hal-hazırda “texnoloji Məkkə” nin üstünlüyü get-gedə zəifləməyə başlayır.

Silikon Vadisində çalışan 300 nəfər arasında keçirilmiş sorğu göstərib ki, respondentlərin 49% -i San-Fransisko körfəzindən kənardakı ərazilərin innovasiya mərkəzinə çevrildiyini gözləyir. Texniki işçilərin (74%) gözləntilərinə görə, Çin növbəti beş ildə Silikon Vadisinin liderliyinin əsas rəqibinə çevriləcək.

Brunsvik qeyd edir ki, texnologiyalar sahəsində iş yerlərinin artmasına baxmayaraq, ötən il ilə müqayisədə istedadlı gənc işçi tapmaq daha çətindir. Bu, gənc nəsil texniki işçilərin Silikon Vadisi xaricində iş axtarması ilə də bağlı ola bilər – 18 yaşdan 34 yaşa qədər olan respondentlərin 41% -i gələn il onu tərk etməyi planlaşdırdıqlarını söyləyib.

Bu sənayedə artan rəqabətə baxmayaraq, Silikon Vadisi ilə bağlı optimistik proqnozlar hələ də geniş yayılmışdır. Texniki mütəxəssislərin yarıdan çoxu şirkətlərində artım gözlədiklərini və Silikon Vadisinin ən yaxşı günlərinin hələ də qabaqda olduğunu söyləyiblər.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 08-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.